Əsas Səhifə / Gündəm / Media

Polad Aslanov aclıq elan edib

1-02-2021, 19:46

Bakı/01.02.21/Turan: Xeberman.com saytının təsisçisi və baş redaktoru Polad Aslanov fevralın 1-dən aclıq aksiyasına başlayıb.

Bu barədə Bakı Apelliyasiya Məhkəməsində hakim Həsən Əhmədoun sədrliyi ilə başlayan məhkəmə prosesində Polad Aslanov elan edib.

P.Aslanov apellyasiya şikayətinə baxılmasının uzadılmasına etiraz edib və obyektiv təhqiqat aparılmasını tələb edir. O, həmçinin apellyasiya şikayətinə baxıldığı müddətdə ev dustaqlığına keçirilməsini tələb edir.

Jurnalistin həyat yoldaşı G.Aslanovanın sözlərinə görə, hakim şikayətin yanvarın 18-də daxil olduğunu iddia edib.

“Dünən gecə saat 11-də Polad Aslanov bilib ki, bu gün onun məhkəmə prosesidir. O, heç hazırlıqlı olmayıb. Biz onun aclğına etiraz etsək də, o, bu gündən aclıq aksiyasına başlayır”, deyə G.Aslanova qeyd edib.

Onun sözlərinə görə, P.Aslanov bu gün məhkəmədə həbsinin jurnalist fəaliyyəti ilə bağlı olduğunu bildirib.

O qeyd edib ki, vəkilə və prokurora da məhkəmə iclası haqqında əvvəlcədən xəbər verilməyib.

Bununla belə, hakim işə mahiyyəti üzrə baxılmasını fevralın 4-nə təyin edib.

* Noyabrın 16-da xeberman.com saytının təsisçisi Polad Aslanov məhkəmə tərəfindən İranın xeyrinə casusluqda təqsirli bilinib və 16 il müddətinə azadlıqdan məhrum edilib. Dövlət ittihamçısı onun 17 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Aslanov 2019-cu il iyunun 12-də həbs edilib və CM-in 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunub. İstintaq iddia edir ki, Aslanov jurnalist həmkarlarını cəlb edərək, İran xüsusi xidmətləri ilə əməkdaşlığa yönləndirib. Aslanov bütün ittihamları təkzib edib, xüsusi xidmət işçilərinin yol verdikləri korrupsiya faktlarını ifşa etdiyinə görə təqib edildiyini bəyan edib. Beynəlxalq təşkilatlar onun həbsini pisləyiblər və hökuməti onu azad etməyə çağırıblar.

https://youtu.be/b3lKgAHU8lw​​​

Administratorla əlaqə

077 611-55-22

[email protected]