Əsas Səhifə / Gündəm / Media

Dövlət Departamenti Bürosu P. Aslanovun azad olunmasına çağırıb

15-11-2020, 14:05
 
ABŞ Dövlət Departamentinin Demokratiya, İnsan Haqları və Əmək məsələri üzrə Bürosu Polad Aslanov da daxil olmaqla Azərbaycanda həbsdə  olan jurnalistlərin azad olunmasına çağırıb.
Büronun  yaydığı açıqlamada, Aslanovun 2019-cu ilin iyun ayında İrana dini ziyarətin  “asanlaşdırılması”  ilə bağlı təhlükəsizlik işçilərinin qanunsuz biznesi barədə ifşaedici məqalələr dərc etdikdən sonra həbs olunduğunu bildirilir.
O, özünə qarşı yalan ifadə verməyə məcbur edilib.
Dövlət Departamenti Bürosu bildirib ki, qapalı məhkəmədən sonra prokuror ona 17 il həbs cəzası istəyib, deyə məlumatda daha sonra bildirilir.
Noyabrın 16-da Aslanovun məhkəmədəki son ifadəsinin gözlənilir. Ola bilər  hökm də  həmin gün elan ediləcək.

Hazırda, Aslanovdan başqa, Azərbaycan həbsxanalarında Azel.tv-nin qurucusu və redaktoru Əfqan Sadıqov, www.xeber44.com dini saytının redaktoru Araz Quliyev, www.kend.info saytının rəhbəri Elçin İsmayıllı, realliq.info saytının rəhbəri İkram Rəhimov, yukselis.info saytın rəhbəri Elçin Məmməd və nia.az redaktoru Bəhruz Əliyev də saxlanılır.
Azərbaycan rəsmiləri  jurnalistlərin peşə fəaliyyətlərinə görə təzyiqlərə məruz qaldıqlarını inkar edir və konkret cinayət əməllərinə görə məsuliyyətə cəlb olundiğunu söyləyirlər. –

Administratorla əlaqə

077 611-55-22

[email protected]