Siyasət

Milli Şurası Babək Həsənova və Əhsən Nuruzadəyə qarşı təzyiqi pisləyir

1-06-2019, 17:43
Milli Şurası Babək Həsənova və Əhsən Nuruzadəyə qarşı təzyiqi pisləyirSon günlər 6 saylı cəzaçəkmə müəssisəsində siyasi məhbuslardan biri, AXCP funksioneri, Qarabağ müharibəsinin iştirakçısı Babək Həsənova qarşı amansız rəftar haqqında məlumatlar daxil olub. Hakimiyyət müxalif hərəkatdan olan yoldaşlarını dəstəkləyənləri cəzalandırmaq və sındırmaq üçün repressiv tədbirlərə əl atır. İşgəncə, döymə və mənəvi terror hakimiyyətin fərqli düşünənlərə qarşı adi vasitəsidir və Babək Həsənovun işi bunun parlaq nümunəsidir. Bu barədə Demokratik Qüvvələrin Milli Şurasının bəyanatında bildirilir.

Bununla kifayətlənməyən cəzaçəkmə müəssisəsi rəhbərliyi Babək Həsənovla ünsiyyətdə olan məhbusları da cəzalandırmağa başlayıb. Belə ki, onun digər məhbuslarla ünsiyyətdə olması qadağan edilib.

Digər siyasi məhbus - eyni cəzaçəkmə müəssisəsində saxlanılan Əhsən Nuruzadə bu əmrə tabe olmadığına və Babək Həsənovla ünsiyyət saxladığına görə karserə salınıb.

Milli Şra siyasi məhbuslara qarşı belə antihumanist addımları kəskin şəkildə pisləyir və hakimiyyətdən onlara son qoymağı tələb edir.

"Bütün bunlar hökumətin demorkatik düşərgəyə hədsin nifrətinin göstəricisidir. Hakimiyyət başa düşməlidir ki, belə addımlar ölkədə gərginliyi artırır.

Milli Şura siyasi məhbuslara qarşı təzyiqə dərhal son qoymağı və Əhsən Nuruzadənin cəzasını ləğv etməyi tələb edir.

Milli Şura beynəlxalq ictimaiyyəti israrla Babək Həsənova və Əhsən Nuruzadəyə və Azərbaycandakı digər siyasi məhbuslara təzyiq faktlarına reaksiya verməyə çağırır", deyə bəyanatda qeyd edilir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]