Reportaj
13-cü “Zon”da məhbuslar soyuqdan donur- BARAKLAR İNSAN NƏFƏSİ İLƏ QIZDIRILIR
5-02-2017, 00:15
Son zamanlar hava şəraitinin kəskin dəyişməsi və infrastrukturda yaranan problemlər ölkənin cəzaçəkmə müəssisələrinə də təsirsiz ötüşməyib.
Belə ki, Qaradağ rayonunda yerləşən 13 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan məhkumların ailə üzvlərinin Gununsesi.info-ya göndərdikləri müraciətdə adıçəkilən müəssisədə istilik və elektrik enerjisi təminatında ciddi problemlər olduğu qeyd edilib: “Havaların şaxxtalı və qarlı keçməsinə baxmayaraq, baraklarda istilik sistemi yoxdur. Həmçinin, digər qızdırıcılardan istifadə olunmasına da şərait yaradılmır. Çoxsaylı məhbusların saxlandığı baraklar isə yalnız insan nəfəsinin ümidinə qalıb. Məhbuslar arasında sağlamlığı belə vəziyyətə tab gətirməyənlərin əksəriyyəti isə hazırda xəstədir. Lakin tibbi müəssisədə onların yerləşdirilməsinə də şərait yaradılmır”.
Məhbus yaxınlarının verdiyi məlumata görə, 13 saylı Cəzaçəkmə Müəssisəsində indiyədək istilik sistemi əbədi problem kimi qalmaqda davam edir: “Məhbusların o şəraitdə saxlanılması, doğrudan da, işgəncədir”.
Məhkum yaxınları həmçinin, müraciətlərində müəssisədə qida təminatında da acınacaqlı durumun olduğunu vurğulayıb: “Aclıqdır, evdən ərzaq aparılmasa çətindir”.
Penitensiar Xidmətin mətbuat xidmətinin rəhbəri, polkovnik Mehman Sadıqov isə Gununsesi.info-nun sorğusuna cavab olaraq, bu iddiaları təkzib edib: “13 saylı cəzaçəkmə müəssisəsində məhbusların saxlanıldıqları binalarda istilik sistemi quraşdırılıb və istiliklə təmin olunub. 13 saylı Cəzaçəkmə Müəssisəsində istilik sisteminin olmaması haqqında deyilənlər həqiqəti əks etdirmir. Hətta elekrik enerjisi kəsildiyi halda, 30 saniyə ərzində həbsxanadakı generatorlar avtomatik işə düşür”.
Qeyd edək ki, 13 saylı cəzaçəkmə müəsissəsi Azərbaycanın ən dözülməz şəraiti olan həbsxanalarından biridir.
Bu müəssiədə sabiq səhiyyə naziri Əli İnsanov, vicdan məhbuslarından Tofiq Yaqublu, Pərviz Həşimli, Anar Məmmədli, Fərəc Kərimli saxlanılıb. Hazırda daha iki vicdan məhbusu İlkin Rüstəmzadə və Əbdül Əbilov da bu müəssiədə cəza çəkir.
Gülnaz Qənbərli
Gununsesi.info