Reportaj

İlahiyyatçı Hacı Abgül Süleymanov cəza kamerasında saxlanılır

27-05-2019, 01:34
Press-az.com-un verdiyi məlumata görə, İslamazeri.com-un əldə etdiyi məlumata görə, Hacı Abgül Süleymanov köçürüldüyü gündən "kars"da - cəza kamerasında saxlanılır. Onun cəza kamerasında saxlanılmasının səbəbi məlum deyil.

"Göründüyü qədər həbsxana rəhbərliyi əhya gecələrində ilahiyyatçını "kars"da saxlamaq istəyir. Yeri dəyişdrilən məhbuslar "karantin"də saxlanılır, lakin bu yeni məhbuslarla bağlıdır, qayda pozduqda "kars"a salınır - Hacının oruc halda qayda pozduğu inanılası deyil.", -deyə İslamazeri.com-a mənbə bildirib.

Bu gün CÇM-nə gedən xalasını isə onunla görüşməyə buraxmayıblar və "Yaxşıdı, 2 günə "zon"a buraxacağıq (red: yəni cəza kamerasından cəza çəkmə müəssisəsinə buraxılacaq)".

Qeyd edək ki, Hacı Abgül Süleymanov həbs edildiyi 2011-ci ildən bu vaxta kimi MTN, Kürdəxanı təcridxanası, 13 saylı CÇM, 7 saylı Qapalı Xüsusi Rejimli həbsxana, 11 saylı CÇM, 2 saylı CÇM və 10 saylı CÇM-ində saxlanılıb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]