Gündəm

Siyasi məhbus xəstəxanaya köçürülüb

26-03-2018, 02:28
11 saylı CÇM-də həbs həyatı yaşayan İlahiyyatçı Abgül Süleymanov xəstəxanaya yerləşdirilib.

Xeberman.com-un verdiyi məlumata görə, Abgül Süleymanovun səhhətində yaranmış problemlə əlaqədar o, Pentensiar Xidmətin müalicə müəssisəsinə köçürülüb.
İlkin müayinələrə görə, onun qanında şəkər xəstəliyi aşkar edilib.

"Hazırda daha dəqiq dioqnoz üçün Abgül Süleymanov bütün müayinə və analizlərdən keçib.
Dəqiq dioqnoz, bu müayinə və analizlərin yekun cavabından sonra məlum olacaq. Əvvəldən həkimlər onun qanında şəkərin artıq olduğunu bildiriblər.
Lakin şəkərli diabet xəstəliyinin olub-olmaması ümumi cavablarıdan sonra məlum olacaq.
Onun ruhiyyəsi yaxşıdır, biraz səhhətilə əlaqədar narahatçılqları var.
Hər kəsin Novruz bayramını, həmçinin qarşıdan gələn İmam Əlinin (ə) mübarək mövludunu təbrik edir.", - deyə ailəsindən bildiriblər.

Administratorla əlaqə

077 611-55-22

[email protected]