Foto Fakt

Repressiyalar və İşgəncələr Əleyhinə Komitəsi yaranıb (FOTO)

5-05-2019, 02:20
Xeberman.com-un verdiyi məlumata görə, Repressiyalar və İşgəncələr Əleyhinə Komitəsi yaranıb. Bu bardə məlumatı hüquq müdafiyəçisi Oqtay Gülalıyev özün facebook səhifəsində yazıb. Hüquq müdafiyəçisi Oqtay Gülalıyev öz Facebook səhifəsində yazdığı məlumatı olduğu kimi təqdim edirik.
Ölkədə tüğyan edən repressiya və işgəncələrə biz susmadiq və bundan sonra da susmaq fikrimiz yoxdur. Bu gün 2012- ci ildə həbs olunmuş "Evrovizion məhbusları", Tərtər hərbiçiləri, "Gəncə işi", Nardaran və digər hadisələrlə bağlı saxta ittihamlarla həbs olunmuş, ağır işgəncələrə məruz qalmış şəxslərin valideynləri, eləcə də hüquqşünas və jurnalistlərin, ictimai fəlların iştirakı ilə növbəti dəfə toplandıq. Müzakirələr apardıq...

Qərara gəldik ki, repressiya və işgəncələrə qarşı dirəniş göstərmək, toplumun müqavimətini gücləndirmək üçün Repressiya və İşgəncələr Əleyhinə Komitə yaradaq. Bu gün həmin Komitənin formalaşması üçün 18 nəfərlik İşçi Qrup yaratdıq. Məqsədimiz xalqımıza qarşı aparılan repressiyanı dayandırmaq, dinc, günahsız insanlara verilən işgəncəni durdurmaq, səbəbkarların məsuliyyətə cəlb edilməsinə nail olmaqdır...

Ölkədə baş verən qanunsuzluqlara göz yummayan, repressiya və işgəncələrə "yox" deyən hər kəsi Repressiya və İşgəncələr Əleyhinə Komitəyə qoşulmağa, bizə dəstək olmağa çağırırıq!

Bu vətən bizimdir. Gəlin vətənimizə də, onun insanlarına da sahib çıxaq!

Administratorla əlaqə

077 611-55-22

[email protected]