Siyasət

Oktay Gülaliyev Sərdar Babayevin 3 il azadlıqdan məhrum ediliməsinə münasibət bildirib

6-07-2017, 01:33
Xeberman.com-un verdiyi məlumata görə, Masallı rayon məhkəməsinin ədalətsiz qərarı ilə həbsdə olan “maide.az” saytının baş redaktoru, ilahiyyatçı Sərdar Babayev 3 il müddətinə azadlıqdan məhrum ediliməsinə Hüquq müdafiyəçisi Oktay Gülaliyev öz facebook səhifəsində münasibət bildirib. Xeberman.com saytı Hüquq müdafiyəçisi Oktay Gülaliyevin Sərdar Babayevin 3 il müddətinə azadlıqdan məhrum ediliməsinə bağlı yazdığı münasibəti təqdim edir.
Oktay Gülaliyev Sərdar Babayevin 3 il   azadlıqdan məhrum ediliməsinə  münasibət bildirib
Masallı rayon məhkəməsinin ədalətsiz qərarı ilə həbsdə olan “maide.az” saytının baş redaktoru, ilahiyyatçı Sərdar Babayev 3 il müddətə azadlıqdan məhrum edilib.
Artıq elə bir dövrə gəlib çatmışıq ki, insanları namaz qıldığına, Allaha ibadət etdiklərinə, başqalarını düz yola- haqqa, ədalətə dəvət etdiklərinə görə həbs edirlər. Günün günorta çağı şəhərin mərkəzində məscidi sökürlər, yerlə- yeksan edirlər. Dini etiqad azadlığı rəsmən ayaqlar altına atılır. Sonra da durub utanmaz- utanmaz deyirlər ki, Azərbaycan islam ölkəsidir və bizdə insanların dini inancına, etiqad azadlığına böyük hörmət var.
Belə yerdə deyirlər; utanmasan oynamağa nə var ki...
Gəlin, Şeyx Sərdar Babayev başda olmaqla şərlənib nahaqdan həbs olunan bütün inanclı insanlara və digər siyasi məhbuslara azadlıq tələb edək!

Administratorla əlaqə

077 611-55-22

[email protected]