Əsas Səhifə / Media

Azərbaycanlı jurnalist Tiflisdə yoxa çıxdı - Polis axtarır

30-05-2017, 16:04
Gürcüstanda mühacir həyatı yaşayan jurnalist Əfqan Muxtarlı mayın 29-da günün 2-ci yarısından yoxa çıxıb. Onunla əlaqə saxlamaq mümkünsüzdür.

Press-az.com-un verdiyi məlumata görə, bu barədə hüquq müdafiəçisi Oqtay Gülalıyev öz facebook səhifəsində məlumat yayıb.

Oktay Gülalıyev öz facebookunda yaydığı məlumatda bildirib ki, O, bir neçə gün öncə həbs olunmuş AXCP sədrinin müavini Gozel Bayramli ilə bağlı keçirdiyimiz toplantıya skaypla qatılarkən bildirmişdi ki, o və digər mühacir Dashgin Aghalarli izlənilir. Əfqan bəy onların Azərbaycan hökümətinin Gürcüstandakı emisarları tərəfindən izləndiyini bildirdi. O, özünün Facebook səhifəsində və digər yazılarında da bunu dəfələrlə qeyd edib.

Hazırda Əfqan bəyin axtarışları davam edir və bu barədə Gürcüstan polisinə də rəsmi müraciət olunub.

Dostlar, gəlin mümkün qədər bu məlumatı paylaşaq və yayaq, Əfqan bəyə dəstək olaq! Unutmayaq ki, onun bizim dəstəyimizə ehtiyacı var.

Administratorla əlaqə

077 611-55-22

[email protected]