Dünya

Yeni Zelandiyada iki məscidə hücumda 27 nəfər öldü - YENİLƏNİB

15-03-2019, 11:02
i]Yeni Zelandiyanın Kraystçerç şəhərində 2 məscidə silahlı hücum zamanı azı 27 nəfər ölüb. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisənin dini düşmənçilik zəminində baş verdiyi və 4 kişi ilə 1 qadından ibarət qrupun törətdiyi xəbər verilir.

Həmin şəxslər güllələnmə anlarını canlı olaraq sosial şəbəkələrdə yayıblar və hücumdan 30 dəqiqə əvvəl müsəlmanlar və miqrantlara nifrət təbliğ edən, ağ irqin aliliyini tərənnüm edən manifest dərc ediblər.

Terroru törədənlər polis tərəfindən saxlanılıblar. Hücuma məruz qalan Əl-Nur məscidində kriket üzrə Banqladeş yığmasının oyunçularının da olduğu, amma sağ qaldıqları da məlumdur.

Hazırda Yeni Zelandiyada bütün dövlət idarələri və məktəblər bağlanıb. Polis bur neçə partlayıcı qurğunu zərərsizləşdirib. Əl Nur məscidində müsəlmanları güllələyənlərdən biri 28 yaşlı ultrasağçı millətçi Brenton Tarrantdır.[/i]

Administratorla əlaqə

077 611-55-22

[email protected]