Xəbərlər / Maraqlı

Azyaşlılardan örnək çağırış -Meşələri yandırmayın, heyvanlara əziyyət verməyin - VİDEO

3-09-2018, 10:58
Azyaşlılardan örnək çağırış -Meşələri yandırmayın, heyvanlara əziyyət verməyin - VİDEO
Ağdaşda bir qrup azyaşlı qeyri-adi və diqqət çəkən aksiya keçiriblər.onlar təbiəti hifz etmək, çirkləndirmənin qarşısını almaq, heyvanları qorumaq üçün şüarlar yazılmış kağızları kənd ərazisindəki müxtəlif yerlərə yapışdırıblar.

Meşələri yandırmayın, yerə zibil atmayın, heyvanlara əziyyət verməyin. Uşaqlar vərəqələrə bu sözləri yazaraq insanlaraçagırış ediblər.

Azyaşlılaryazdıqları kağızları divarlara, dirəklərə yapışdırırlar ki, yoldan keçən sürücülər, ətrafdakı insanlar oxusunlar..

Bura Agdaş rayonununGülbəndə kəndidir. Kənd sakini 12 yaşlı Şəhanə Zakirovanın ideyası olan bu aksiyaya 2 bacısıvə əmisi uşaqları da qoşulub. Azyaşlı uşaqlar qısa vaxtda yaşadıqları Gülbəndə kəndində bir neçə küçədə bu cür süarlar yapşdırıblar. Məqsəd isə inasanları bu cür hərəkətlərə yol verməkdən çəkindirmək vəmaarifləndirmə işi aparmaqdır.

Azyaşlılar əllərində tutduqları bu şüarların yoldan keçən insanlar tərəfindən də maraqla qarşılandıgını bildirirlər.

Azyaşlı uşaqların valideynləri də övladlarını dəstəkləyərək böyükləri şüarlarda yazılanlara əməl etməyə çağırıblar.

Balacalar öz kəndləri ilə yanaşı digər qonşu kəndlərdə də bu aksiyanı davam etdircəklər.

Xezerxeber.az


Administratorla əlaqə

077 611-55-22

[email protected]