Gündəm

Şamaxıda görünməmiş seçki saxtakarlığı: Azyaşlı uşaqlar səs verdi - VİDEO+FOTO

1-11-2015, 12:17
Şamaxıda görünməmiş seçki saxtakarlığı: Azyaşlı uşaqlar səs verdi - VİDEO+FOTO

“85 saylı Şamaxı Seçki Dairəsinin 6-saylı məntəqəsində unikal formalı saxtakarlığa əl atıblar”.

Bu barədə məlumatı Azinforum.az-a həmin dairədə seçkiləri müşahidə edən jurnalist Raziyyə İmranqızı verib.

Onun sözlərinə görə, Xasay Musayevin sədrlik etdiyi həmin məntəqəyə səsverməyə yaşı düşməyən məktəbli uşaqlar gətirilib və onların qutuya bülleten salmasına şərait yaradılır: “Onların əksəriyyəti şəkilsiz vəsiqələrlə səs verdilər”.

Azinforum.az faktların təqdim edildiyi DSK-nın sədri Hüseyn Rəcəbovla əlaqə saxlayıb. DSK sədri saytımıza açıqlamasında bildirdi ki, həmin məntəqə kollecə yaxın olduğu üçün uşaqlar orda olub: “Onların qutuya bülleten atmağını kim görübsə, bu başqa məsələ”.

Təqdim olunan video və fotolordan görünür ki, həmin uşaqlar bayırda yox, məntəqənin içindədirlər. Bu gün bazara təsadüf etdiyi üçün məktəblilərin kütləvi şəkildə məktəbə niyə gəlmələri də şübhə doğurur.

Yəqin ki, bu faktı əlaqədar qurumlar daha təfsilatı ilə araşdıracaqlar.



Administratorla əlaqə

077 611-55-22

[email protected]