Xəbərlər / Ölkə

İmişlidə ilanlar evə hücum edib - VİDEO

8-07-2017, 00:38
İmişlidə ilanlar evə hücum edib - VİDEO
İmişli rayonunun Qaragüvəndikli kəndində ilanlar evə hücum edib.

Musavat.com-un Xəzər TV-yə istinadən məlumatına görə, kənd sakini Xanış Babayevə məxsus fərdi yaşayış evində vəziyyət son vaxtlar daha təhlükəli hal alıb.

Müxtəlif yerlərdən evə girən ilanlar hər kəsi qorxuya salıb. Xüsusilə də uşaqlar qoxudan evdə yata bilmirlər.

Belə bir vəziyyətin olduğunu təsdiqləyən kənd icra və bələdiyyə nümayəndələri evdə bir neçə dəfə dərmanlama işləri həyata keçirildiyini bildiriblər.

Administratorla əlaqə

077 611-55-22

[email protected]