Xəbərlər / Maraqlı

Dolları yandırmayın, üstündə Allah yazılıb

17-08-2018, 11:49

Türkiyənin Eminönü Sultanhamam bölgəsində fəaliyyət göstərən tacirlər və Ədaləti Müdafiə dərnəyinin üzvləri türk lirəsinə dəstək məqsədilə aksiya keçiriblər.

Axar.az xəbər verir ki, sözügedən qrup 100 min ABŞ dollarını mübadilə mərkəzlərində lirə ilə dəyişərək, hökumətə dəstək olublar.

Aksiya zamanı iştirakçılar maraqlı fikirlər səsləndiriblər.

“ABŞ-ın ilahiləşdirdiyi dolları cırıb atmaq istəyirik. Lakin bu dollarda “Allah” sözü var. Biz belə bir hörmətsizlik etmərik. Bu dollarda “Allaha inanırıq” yazılıb”, - aksiyada iştirak edən bir din xadimi deyib.


Administratorla əlaqə

077 611-55-22

[email protected]