Ölkə

Ağdaşda bayrağımız utanverici halda yerdə sürünür.

31-03-2016, 17:15
Ağdaş rayonunda bayraq abidəsi və ətrafı "oğurluq yuvası" kimi istifadə olunur

Rublika.az xəbər verir ki, Ağdaş rayonunda bayraq abidəsindən, ümumiyyətlə isə bayraqdan söhbət belə gedə bilməz. Nəhəng üçrəngli bayraq küləyin təsirindən parçalanıb. Aidiyyatı qurumlar isə bu məsələni həll etmək- bayrağı yenisiylə əvəzləmək yerinə əvvəlkini endirərək abidəyə bağlayıblar.

Bundan əlavə bayraq abidəsinin yaxınlığında Türyançay çayının üzərindən keçən körpünün tikintisində işləyən işçilər isə buranı özlərinə "görüş yeri" seçiblər. Belə ki, körpünün tikintisində istifadə olunan maşınlardan yanacaqları çəkərək başqalarına satırlar. Maraqlısı isə budur ki, işbazlar oğurladıqları yanacağı bayraq abidəsinin ətrafındakı zibil qutularının içərisinə yerləşdirirlər. Bundan sonra müştəri əvvəlcədən danışılmış adresə gələrək onu oradan götürür. Bir növ bayraq meydanı və ətrafı işbazlar tərəfindən mühasirəyə alınıb.

Ağdaşda bayrağımız utanverici halda yerdə sürünür.

Administratorla əlaqə

077 611-55-22

[email protected]