Siyasət

Azəbaycançılıq ideologiyası və milli dövlətçiliyi sevən gənclər üçün

18-03-2015, 20:25
Azəbaycançılıq ideologiyası və milli dövlətçiliyi sevən gənclər üçün
Azəbaycançılıq ideologiyası və milli dövlətçiliyi sevən gənclər üçün ulu öndər Heydər Əliyev yolu hər zaman nümunə olub. Elə "Laçın” EŞ-nin YAP-ın üzvü Fərman Cabbarov da bu yolun davamçılarındandır.

Ümummilli lider Heydər Əliyev gənclərin problemləri ilə daim maraqlanmış, onların sağlam və hərtərəfli inkişafı üçün dövlət səviyyəsində tədbirlərin görülməsi ilə bağlı bir çox fərman və sərəncamlar imzalamışdır. Hazırda ölkəmizdə dövlət gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət müstəqilliyimizin layiqincə qorunub saxlanılmasında mühüm xidmətləri olan gənclərin sosial problemləri həll olunur. Gəncliyini artıq geridə buraxan insanlar, amma gələcəyə daha böyük inamla addımlayan cəmiyyət üzvləridir. Ötən dövr, həmçinin bugün də uğurlu insanlar sırasında olmaqdan fərəh duyuram. Hesab edirəm, hər bir gənc öncə sağlam düşüncəli, sabit və stabil əqidə daşıyıcısı olmalıdır. Gənclər, o cümlədən hər bir vətəndaş ilk növbədə cəmiyyətin layiqli üzvü, xalq və millətinin fədakar təəssübkeşi olduğunu bilir. Sadiq və sədaqətli cəmiyyət üzü olmaqla, gənclər - həm də dinamik fikir-ideya daşıyıcısıdır. Onlar prinsipial, qərəzsiz, təhsil və bilikli, mədəni və müasir olub, sadə həyat tərzi seçməlidir. Dönməz, yenədə sağlam prinsiplərlə yaşayaraq, zəhmət, alın təri, lazımsa məhrumiyyətə dözüb, ayaqda dayanmağı bacarmalıdır. Sadalanan bu keyfiyyətlərə sahib gənc artıq bir gün ölkə, dövlət, cəmiyyətə layiqli üzv olduğunu dərk edir. Yalnız bu zaman atılan ağıllı, düşünülmüş, ölçü-biçili addım - bəs edər. Məsuliyyət və səmimiyyətin vəhdətində arzulanan uğur – həmin vaxt mütləqdir ! Mənə görə budur qazanıla biləcək, layıq olan uğurun təməl və açarı. Hər bir Azərbaycan gəncinə sonsuz sevgi, hörmət və ehtiramla yanaşmaq - mənim də borcumdur. Hər zaman belə gördüm və bü cür də formalaşdım çünki.

Fərman Cabbarov.

Administratorla əlaqə

077 611-55-22

[email protected]