Dövlət müstəqilliyinin 25 illiyi ilə əlaqədar gənclər arasında “Müstəqil Azərbaycanım” mövzusunda bilik yarışmaları layihəsinin açılış mərasimi keçirilib.
Azərbaycan
Respublikası Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi
Şurasının maliyyə dəstəyi, Nərimanov Rayon Gənclər və İdman İdarəsi və "Yeni Gələcək”
Gənclərin Maarifləndirməsi İctimai Birliyinin birgə təşkilatçılığı ilə Dövlət müstəqilliyinin
25 illiyi ilə əlaqədar gənclər arasında "Müstəqil Azərbaycanım” mövzusunda
bilik yarışmaları layihəsinin açılış keçirilib.
Qeyd edək ki, 11 oktyabr 2016-cı il tarixdə Azərbaycan Kooperasiya Universitetində və Bakı Biznes və Kooperasiya Kollecində layihənin ilk yarışmaları keçirilib.
Açılış
mərasimində Nərimanov Rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Elnarə
Kazımova, "Yeni Gələcək” Gənclərin Maarifləndirməsi İctimai Birliyinin sədri
Pərviz Mustafayev, İctimai Birliyin baş katibi Ləman Muradova, Demokratik
İslahatlar Partiyasının humanitar məsələlər üzrə
müşavir Rövşən
Nəcəfov, "Fəal Gənclər" İctimai Birliyin sədri İsmayıl İsmayılov,
Azərbaycan Kooperasiya Universitetinin Tələbə-Gənclər Təşkilatının sədri
Tamerlan Əkbərov, "Təfəkkür" Universitetinin Tələbə-Gənclər
Təşkilatının sədri Asəf Cabbarlı, Bakı Biznes və Kooperasiya Kollecin
Tələbə-Gənclər Təşkilatının sədri Nigar Kərimaova və 300 nəfər fəal gənc
iştirak etmişlər.
İlk öncə qonaqları salamlayan Azərbaycan
Kooperasiya Universitetinin Tələbə - Gənclər Təşkilatının sədri Tamerlan
Əkbərov tədbirin mahiyyəti və gənclər üçün faydası barədə danışıb, elmə,
təhsilə olan marağın artırılması, liderlik, komandada işləmək bacarığı kimi
xüsusiyyətlərin üzə çıxarılması istiqamətində gənclərin ictimai fəallığını və
sosial aktivliyini təmin edilməsi məsələlərlə bağlı məlumat vermişdir.
Sonra
"Yeni Gələcək" Gənclərin Maariflləndirilməsi İctimai Birliyinin baş
katibi Ləman Muradova layihənin əhəmiyyəti və məqsədi haqqında geniş məlumat
verərək bildirdi ki, layihənin
əsas məqsədi dövlət müstəqilliyimizin 25 illiyi ilə əlaqədar olaraq gənclər
arasında Azərbaycanın tarixi, mədəniyyəti, coğrafiyası və iqtisadiyyatı
haqqında bilik yarışmasının keçirilməsidir. Eyni zamanda gənclərimizin bu istiqamtdə
vətənpər ruhunda böyüməsi üçün öz vətənləri haqqında biliklərinin artırılması,
həmçinin qimətləndirməsidir. Bununla yanaşı dövlətimizin 25 illik müstəqillik
tariximizdə əldə olunan uğurlar, nailiyyətlər cəmiyyətdə təbliğ edilməsidir.
Layihə qarşısında qoyulan vəzifələr dövlət müstəqilliyimizin 25 ildə qazandığı
uğurlara gənclərin baxışının öyrənilməsidir. Həmçinin gənclərimizin öz vətəni
haqqında biliklərinin qiymətləndirilməsidir, eyni zamanda artırılmasıdır.
Gənclərin formalaşmasında və vətənə bağlılığı sahəsində işlərin aparılmasıdır.
Layihə üzrə vəzifə və məqsəd həm bilik yarışmasının keçirilməsi, eyni zamanda
dövlət müstəqilliyimizin 25 illiyi ilə əlaqədar uğurlar və nailiyyətlərin
təbliği, gənclərin dövlət müstəqilliyinə baxışının təhlil edilməsidir və vətənə
bağlılığının artırılmasıdır. Bu baxımdan bu tədbirlərin keçirilməsi, layihənin
məqsəd və vəzifələri sırf olaraq dövlət müstəqilliyimizin həm 25 illiyi ilə
əlaqədar təbirin keçirilməsi, həmçinin gənclərimizin maarifləndirilməsi, bilik
və bacariğının artırılmasına yardımçı olacaqdır.
Sonda
Demokratik İslahatlar Partiyasının humanitar
məsələlər üzrə müşavir Rövşən
Nəcəfov, "Təfəkkür" Universitetinin Tələbə-Gənclər Təşkilatının sədri
Asəf Cabbarlı bu kimi tədbirlərin həm gənc nəslin
bilik və bacarıqlarının artırlmasındakı əhəmiyyətindən danışıb, həm də Azərbaycan
Respublikası Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi
Şurası gənclərə dəstək verməklə ölkəmizdə gənclərin potensialının üzə
çıxarılmasının müsbət əhəmiyyətini,olimpiadanın gənclərin intellektual
səviyyəsinin yüksəldilməsi, onların bilik və bacarıqlara yiyələnməsi baxımından
önəmini qeyd etmişdir.T.Əkbərov bildirmişdir ki, Ümummilli lider Heydər Əliyev
daim təhsilə, tərbiyəyə strateji sahə kimi baxmış, Vətənin, xalqın tərəqqisində
оnların rоluna yüksək qiymət vermişdir. "Təhsil sahəsi xalqımızın bu günü,
millətimizin, dövlətimizin gələcəyi üçün ən vacib bir sahədir”, – deyən müdrik
rəhbər Azərbaycan təhsilinin inkişafı naminə son dərəcə böyük işlər görmüşdür.
Bu gün Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin gənclərin
təhsilinə, elminə göstərdiyi xüsusi diqqət və qayğısı göz qabağındadır. Heydər
Əliyev Fondunun prezidenti, UNESCO və İSESKO-nun Xoşməramlı səfiri, millət
vəkili Mehriban xanım Əliyevanın "Yeniləşən Azərbaycana
Yeni Məktəblər”
layihəsi çərçivəsində inşa edilən yüzlərlə məktəb bu sahəyə xüsusi diqqət və
qayğının bariz nümunəsidir.
Rəsmi hissədən sonra Azərbaycan Kooperasiya Universitetində və Bakı Biznes və Kooperasiya Kollecində eyni vaxtda "Müstəqil Azərbaycanım” mövzusunda bilik yarışmalarının ilk mərhələlərinə start verilmişdir.









