Əsas Səhifə / Siyasət

“Biz gənclər ona görə xoşbəxtik ki…”

28-07-2015, 13:52

Sən elə bir zirvəsən,
Küləklər neyləyəcək?!
Dünənim, bu günümsən,
Səninlədir gələcək.
Bəli, biz gənclər ona görə xoşbəxtik ki,ölkəmizin işıqlı, parlaq gələcəyini özü ilə gətirən bir dahi şəxsiyyətin izi ilə irəliləyirik. Elə bir dahi şəxsiyyət, elə bir lider ki, uzaqgörən siyasəti biz gənclərə daima stimul verir. Müstəqil ölkəmizin qurucusu, ümummilli lider Heydər Əliyevin dövlətimizin inkişafı, əhalinin rifahının yaxşılaşdırılması istiqamətində gördüyü işlər, imzaladığı sərəncamlar çoxdur. Ölkə rəhbəri olduğu ilk gündən gənclərin himayədarı olaraq sağlam düşüncəli gənc nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab edən Heydər Əliyev 1994-cü il iyulun 26-da Gənclər, İdman və Turizm Nazirliyinin yaradılması üçün fərman verməklə bugünkü intelektual, savadlı, potensiallı gənclərə böyük dəstək oldu.Həmin gündən bu günə keçirilən gənclər forumları, verilən qərarlar müsbət inkişafımızda əvəzsiz rol oynadı. Artıq Azərbaycan gəncinin qüdrəti dünyaya bəllidir.
Ona görə ki, bu gün Azərbaycan gəncliyi Mübariz İbrahimovun, Fərid Əhmədovun, Ramil Səfərovun, Teymur Rəcəbovun, Vüqar Həşimovun, İlkin Muradovun, Elnur Məmmədlinin, Ehtiram Hüseynovun,Babək Niftəliyevin, İlahə Qasımovanın, Elçin Mustafayevin və digər gənclərin timsalında təmsil olunur. Bu gənclərdən örnək götürərək yetişən nəsil isə Azərbaycan bayrağını dünyanın hər yerində zirvədə dalğalandırmaqda yarışa girirlər. Ulu öndər Heydər Əliyevin layiqli davamçısı olan möhtərəm prezidentimiz İlham Əliyevin gənclərə diqqəti, qayğısı danılmazdır. Elə bunun bariz nümunəsidir ki, təkcə “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı gənclər üçün böyük motivasiyadır. Yaxın günlərdə ümumilli lider Heydər Əliyevin fərmanı ilə yaradılan Gənclər və İdman Nazirliyinin 21 yaşı tamam olur. Fürsətdən istifadə edərək 21 ildir ki, yorulmadan biz gənclərin inkişafı üçün layihələr, tədbirlər həyata keçirən dövlət qurumunun kollektivinə, Gənclər və İdman Naziri Azad Rəhimova və gəncləri daima diqqət mərkəzində saxlayan ölkə başçımız cənab İlham Əliyevə dərin təşəkkür və minnətdarlığımı bildirirəm.
Arzu Nəbizadə

Administratorla əlaqə

077 611-55-22

[email protected]