Media

Arqument.az saytının üzərindən blok götürüldü

10-08-2018, 19:38
Arqument.az saytının üzərindən blok götürüldü
Apellyasiya Məhkəməsi Səbayel rayon Məhkəməsinin qərarını ləğv etdi
Arqument.az saytının üzərinə qoyulmuş bloklama qərarı məhkəmə qərarı ilə ləğv edildi.

Musavat.com xəbər verir ki, bu barədə saytın rəhbəri Şəmşad Ağa bu dəqiqələrdə sosial şəbəkədə canlı yayımda məlumat verib.

Ş.Ağa bildirib ki, vəkili ona bu gün səhər saatlarında Apellyasiya Məhkəməsidə proses olması barədə məlumat verib: “Biz də məhkəməyə gəldik. İlk dəfə olaraq bir saytın üzərindən blok götürülüb. Apellyasiya Məhkəməsi Səbayel rayon məhkəməsinin qərarını ləğv edib. Nə baş verdiyini bilmirik. Amma heç kimə təşəkkür etmirik. Saytın bloklanması qanunsuz qərar idi”.

Administratorla əlaqə

077 611-55-22

[email protected]