Media / Ölkə

ATƏT Əziz Orucovla bağlı qərarı alqışladı

6-04-2018, 21:45

ATƏT-in media azadlığı üzrə nümayəndəsi Harlem Desir “Kanal 13” internet televiziyasının rəhbəri Əziz Orucovun azadlığa buraxılmasını alqışlayıb.

Bu barədə onun yaydığı bəyanatda deyilir.

H. Desir bəyanatında qeyd edib ki, o, Azərbaycan rəhbərliyi ilə digər jurnalistlərin məsələsinə dair əməkdaşlıq etməyə, habelə, ölkədə media azadlığı ilə bağlı vəziyyətin inkişaf etdirilməsinə dəstək verməyə hazırdır.

Qeyd edək ki, aprelin 5-də Ali Məhkəmədə Ə. Orucovun kassasiya şikayətinə baxılıb.

Məhkəmə Ə. Orucov barəsində Bakı Apellyasiya məhkəməsinin qərarını qismən ləğv edib.

Ə. Orucov üç il müddətinə azadlıqdan məhrum edilib və bu qərar şərti cəza ilə əvəzlənib.

Onun azadlığa buraxılmasına qərar verilib. /// Oxu.az

Administratorla əlaqə

077 611-55-22

[email protected]