Xəbərlər
blogger Mehman Hüseynovun məhkəməsinin vaxtı bilindi
18-03-2017, 13:23
Xeberman.com APA-ya istinadən xəbərinə görə, şikayətə martın 29-da Bakı Apellyasiya Məhkəməsində baxılacaq.
Qeyd edək ki, M.Hüseynov Suraxanı rayon Məhkəməsinin qərarı ilə 2 il müddətinə azadlıqdan məhrum edilib.
M.Hüseynov Nəsimi rayon Polis İdarəsində saxlanılarkən təzyiqə məruz qalması barədə açıqlama verəndən sonra Nəsimi rayon Polis İdarəsinin rəisi Musa Musayev onunla bağlı xüsusi ittiham qaydasında məhkəməyə müraciət edib. O, bloggerin Cinayət Məcəlləsinin 147.2-ci (böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsilə məsuliyyətə cəlb olunmasını və cəzalanmasını istəyib.