Maraqlı

3-cü dünya müharibəsi bu səbəbdən baş verə bilər

25-01-2016, 10:26
3-cü dünya müharibəsi bu səbəbdən baş verə bilər
Rusiyalı alim kosmik dağıntılara diqqət çəkərək, kosmosa buraxılan zibillərin 3-cü dünya müharibəsinə səbəb ola biləcəyini bildirib.

Anspress-in məlumatına görə, rusiyalı alim və mütəxəsis Vitali Aduşkinin təqdim etdiyi hesabatda daha əvvəl kosmosa buraxılan və hal hazırda istifadə edilməyən yararsız bir çox peyk və peyklərdən qopan kosmik tullantıların nə vaxtsa hərbi məqsədli peyklərə zərər veəcəyi haqda fikirlər yer alıb.

Aduşkin bildirib ki, əgər belə hadisə baş versə, çətin vəziyyət yaranacaq. Onun sözlərinə görə, onsuz da dünyada siyasi vəziyyətin ağır olduğu bir zamanda belə bir qəza müharibəyə səbəb ola bilər.

Rusiya Elimlər Akademiyasının məlumatına görə, hazırda dünya orbitində yerləşən, 20 mindən çox irirli-xırdalı qədim peyk var və ən kiçiyi 34 min 500 km saat sürətlə hərəkət edir. "Guardian”nın açıqladığı məlumatlarda isə, 1960-cı illərlə müqayisədə kosmosda tullantı miqdarı iki dəfə artıb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]