Ölkə

Putinin səfəri haqda dezinformasiya nəyə hesablanmışdı? – TƏHLİL

12-05-2016, 11:49
Azərbaycan mediası vasitəsi ilə bu cür dezininformasiya yaymaqla, olası bir hücum əməliyyatının qarşısını almağı düşündülər...
Putinin səfəri haqda dezinformasiya nəyə hesablanmışdı? – TƏHLİL
Rusiya prezidenti Vladimir Putinin adıyla son günlər Azərbaycan mediasında manipulyasiyalar edilir. Əvvəlcə Putinin təcili qaydada bir günlük Azərbaycana gələcəyi ilə bağlı hazırlıqlar görüldüyü haqda informasiya getdi və bu, ildırım sürətiylə digər medialarda da yayıldı. Hiss olundu ki, bu, məqsədli bir təbliğat vasitəsidir və informasiyadan çox dezinformasiyadır. Və daha çox çəkindirici xarakter daşıyır.
Söhbət ondan gedir ki, Ermənistan və bəzi Rusiya mediasında, hətta bəzi dövlət məmurları səviyyəsində Azərbaycanın 8-9 may günlərində yenidən hərbi hücum əməliyyatlarına başalayacağı təbliğ olunurdu. Və bu təbliğat boşuna deyildi. İlk növbədə dünya güclərinin diqqətini Azərbaycanın yeni bir aqressiyasına diqqət çəkməklə onu beynəlxalq ictimai rəyə işğalçı, qəddar obrazında təqdim etmək istəyirdilər. İkincisi də öz yalanlarından həm də qorxurdular, "ya bir də Azərbaycan hücum etsə” deyə. Çünki bu günlər Şuşa şəhərinin ermənilər tərəfindən işğalına təsadüf etdiyindən özləri üçün belə bir mif yarada bilmişdilər ki, məhz bu gün Azərbaycan ordusu üçün qisas günü ola bilər. Ona görə də ən azından qabaqlıyıcı olaraq hay-küy salmaqla hücumun qarşısını almaq istəyirdilər.
Əslində isə bu dezinformasiya ilk olaraq rusiyalı politoloqdan gəldiyi üçün ermənilər bu qədər əndişə içindəydilər. Rusiyalı politoloqun bu proqnozu verməsi də münəccimlik deyildi və konkret kəşfiyyat məlumatına da dayanmırdı. Sadəcə bu nəbz yoxlaması olmaqla bərabər, həm də qabaqlayıcı bir tədbir idi. Çünki məhz bundan sonra 8-9 may ərəfəsində Putinin Azərbaycana səfər edəcəyi haqda dezinformasiya yayıldı.
Bu xəbərin aldadıcı bir manevr olduğu elə əvvəlcədən bəlli idi. Əvvəla ona görə ki, Putinin təcili Bakıya səfəri xəbəri faşizm üzərində qələbə gününə təsadüf edirdi və bu yöndə Moskvada möhtəşəm hərbi parad hazırlıqları görülürdü. Putinin şəxsən bu hərbi paradı qəbul edəcəyi birmənalı idi. Çünki bu parad təkcə qələbə gününün ildönümü deyildi, həm də Putinin dünyaya güc nümayişi idi. Ona görə ki, Rusiyada heç nə elə-belə baş vermir. Bu parad da hərbi izdiham olmaqla bərabər, həm də hərbi-siyasi xarakter daşıyırdı. Məhz bu baxımdan Putinin Bakıya gəlməsi xəbəri inandırıcı deyildi.
Ancaq buna rəğmən Rusiya xüsusi xidmət orqanları (bu işdə Ermçənistan xüsusi xidmət orqanlarının barmağı da ola bilər) Azərbaycan mediası vasitəsi ilə bu cür dezininformasiya yaymaqla olası bir hücum əməliyyatının qarşısını almağı düşündülər. Sonra da məqsədli dezinformasiyanın yalan olmadığını isbat etmək üçün bu dəfə də Kremldəki mənbəyə istinad edərək Rusiya prezidentinin may ayının sonlarında Bakıya səfər edəcəyini xəbər kimi verdilər. Təbi ki, bu da ictimai nəbzi yoxlamaq xarakteri daşıyırdı. Çünki bu xəbərin ardınca Azərbaycan mediasında bol-bol Putinin olası səfəri ilə bağlı şərhlər, təhlil dərc edildi və hələ də bu proses davam edir. Rusiyanın təbliğat maşınının dəst xəttinə uyğun olaraq ictimai fikir Putinin səfərinə kökləndirilir, Rusiya prezidenti özü gəlməmiş küləyi artıq Azərbaycan ictimai fikrini vurmağa başlayır. Sanki bir xilaskar oğlan gəlirmiş kimi ictimai rəy yaradılır. Hansı ki, ortada hələlik nə fal var, nə də yumurta.Putinin səfəri haqda dezinformasiya nəyə hesablanmışdı? – TƏHLİL
Çünki aprelin 5-də atəşkəsin imzalanmasından bəri Rusiya baş naziri Medvedev və Xİ naziri Lavrovun İrəvana uğursuz bir səfərindən sonra Rusiya demək olar ki, sanki lom udmuş kimi davranır. Hətta təmas xəttində atəşkəsin ciddi şəkildə pozulmasına və Azərbaycanın mülki əhali və obyektlərinin intensiv artilleriya atəşinə məruz qalmasına rəğmən Rusiya səssiz qaldı. Bunun bir səbəbi Ermənistanda Rusiyaya yönəlik xəyal qırıqlığı, məyusluq idisə, digər bir səbəb də münaqişə tərəflərinin artıq Rusiyaya etibar etmədiyinin göstəricisiydi. Bunun digər bir əlaməti də Azərbaycan və Ermənistan Xİ nazirlərinin bu günlərdə Rusiya paytaxtına deyil, Almaniya və Fransaya səfər etmələrini göstərmək olar.
Ayrıca diqqətdən o da qaçmamalıdır ki, Rusiya atəşkəsin qorunması adı altında öz sülhməramlı qoşunlarını Qarabağa yeritmək istəməsini təkcə Azərbaycan deyil, Ermənistan da istəmir. Çünki ermənilər də artıq anlayır ki, rus qoşunlarının Qarabağda yerləşməsi bu məkanın hər iki tərəf üçün birdəfəlik itirilməsi anlamına gələcək. Ona görə də Putinin regiona olası bir səfərində yeni bir həll planı ilə gələcəyi, bununla da tezliklə problemi həll edəcəyi ilə bağlı yaradılan illüziya elə tez bir zamanda da sabun köpüyü kimi yox olacağı mütləqdir. Çünki artıq hər iki xalqın Rusiyanın yalanlarına, prosesi manipulyasiya etməsinə qarnı toxdur. Rusiyada da bu gerçəyi bildiklərindən heç olmazsa, stəkanda bir fırtına qoparmaqla yenidən diqqətləri özlərinə yönəltmək və problemin açarının məhz Moskvada olduğuna işarə vermək istəyirlər.

Administratorla əlaqə

077 611-55-22

[email protected]