Siyasət

Rusiya Azərbaycanda vəziyyəti gərginləşdirə bilər

23-02-2016, 02:21
Rusiya Azərbaycanda vəziyyəti gərginləşdirə bilər

Rusiyanın təcavüzkar siyasətinin fəallaşmasının səbəblərindən biri ABŞ-ın 2017-ci il üçün nəzərdə tutulan hərbi büdcəsini hesab etmək olar.

Belə ki, Pentaqon Rusiya Federasiyasını bir nömrəli təhlükə adlandırır. Avropada təhlükəsizliyin möhkəmləndirilməsinə isə əvvəl 3,4 milyard dollar olan məbləğdən dörd dəfə artıq vəsait ayırır. Rusiyanın narahat olması aydın məsələdir.

Oxu.Az "Kiyev Online” istinadən xəbər verir ki, bu barədə "Putin müharibələri. Rusiya kimə hücum edə bilər?” adlı məqaləsində Rusiyanın nüfuzlu siyasi analitiklərindən Sergey Postolovski bildirib.

"NATO-nun Latviya, Litva, Estoniya, Rumıniya, Macarıstan, Polşa kimi ölkələrdə mövqelərinin möhkəmləndirilməsi Kremlin planlarına daxil deyil. Ona görə də Moskva Vaşinqtonu Şərqi Avropa təhlükəsizlik siyasətinə yenidən baxmağa məcbur etmək üçün əlindən gələni edəcək.

Bu nə qədər qəribə səslənsə də, Rusiya Şərqi Avropa və Baltikyanı ölkələri sırf sovet xarici siyasəti kontekstində nəzərdən keçrir və ABŞ-ı bu ölkələrdə nüfuzda ona güzəşt getməyə yönləndirir”, - analitik yazır.
 
Onun sözlərinə görə, ən böyük gərginlik Türkiyə ilə münasibələrdə nəzərə çarpır. Hərbi cəbhənin möhkəmlənməsi üçün bu gün Rusiya öz informasiya silahını da fəallaşdırır.

Belə ki, son həftə ərzində Rusiyanın informasiya meydanının təhlili, Türkiyədə vətəndaş müharibəsinin başlanması haqqında ictimai fikrin formalaşdırıldığını söyləmək imkanı yaradır. Kremlin bu ritorikası, Moskvanın Suriya və Türkiyə kürdlərinin dəstəkləməyə, eləcə də Ankara Suriyada yerüstü əməliyyatlar həyata keçirmək qərarına gəldikdə, Türkiyənin hərbi qüvvələrinə atəş açmağa hazır olduğunu göstərir.

"Bu, öz növbəsində Rusiya və Türkiyəni döyüş meydanlarında qarşılaşdıracaq, bu isə Bosfor boğazının Rusiya donanması üçün bağlanmasına səbəb ola bilər. Bu vəziyyət münaqişəni daha da intensiv səviyyəyə gətirib çxıara bilər: Rusiya Qara dənizdə müharibəyə başlaya, eyni  zamanda isə Azərbaycanda vəziyyəti gərginləşdirmək üçün Dağlıq Qarabağ damarını basa, eləcə də Krımda öz hərbi mövqelərini möhkəmləndirə bilər. Bu isə Ukraynanın şərqində Mariupol istiqamətində hərbi əməliyyatların fəallaşması riskini daşıyır”, - analitik yazır. 

Administratorla əlaqə

077 611-55-22

[email protected]