Ölkə

Qax turizminin Nəzir Omarov bəlası - ÖZƏL

23-01-2016, 08:19
Yerli mədəniyyət şöbəsinin müdirinin imkanı olsa qədim kilsələri də satışa çıxarır 

Qaxın Mədəniyyət və Turizm şöbəsinin müdiri Nəzir Omarovla bağlı ilginc iddialar gündəmə gəlib. Demokratiya.info xəbər verir ki, şöbə müdiri işi o həddə çatdırıb ki, hamı onu mədəniyyət və turizm obyektlərinin qənimi kimi tanıyır. 

Məlumatlara görə, Omarov büdcə vəsaitlərinin də qənimi kimi ad çıxarıb. Buna səbəb onun dövlətin ayırdığı pullarla özünə bir sıra imkanlar yaratmasıdır. Məsələn, onun Qaxda bir neçə biznes obyektlərinə malik olduğu deyilir. 

Demokratiya.info bildirir ki, şöbə müdiri Qaxın İbaxlı kənd klubunun və rayon Mədəniyyət Mərkəzinin əsaslı təmirinə ayrılmış 18 min manatı mənimsəyib. Məlumatlara görə, Qax rayon Ləkit, Zərnə Mədəniyyət evlərində və Rayon Mərkəzi Kitabxana sistemində cari təmir işlərinin satın alınması üçün ayrılmış 36482 manat da eyni aqibəti yaşayıb. 

Qeyd edilir ki, şöbə yumşaq inventar, yataq ləvazimatları və xüsusi geyimlərin satın alınmasına ayrılmış 13076 manatı da bu şəkildə «əridib». Paralel olaraq avadanlıqların satın alınmasına da sərf olunması nəzərdə tutulmuş 16460 manatı da özünə götürməklə işini bitmiş sayıb. Burada, dəftərxana ləvazimatlarının satın alınması və sair xərclər üçün 27,4 min manatın sərf olunması da müəmma olaraq qalır.

Yazıda adı keçən şəxsin də mövqeyini dərc etməyə hazırıq.

Administratorla əlaqə

077 611-55-22

[email protected]