Elm

Şəmkir təhsilinin vayına oturmuş müdir - ÖZƏL

24-01-2016, 10:03
Məcid Şızlinski vəzifə başına keçər, keçməz pul qazanmağın min bir yolunu tapıb

Şəmkir təhsil şöbəsinin müdiri Məcid Şıxlinskinin fəaliyyətində ciddi qüsurlar aşkarlanıb. Demokratiya.info xəbər verir ki, vəzifə başına keçən kimi pul qazanmağın min bir yolunu tapmış şöbə müdiri artıq özünün «əməliyyatları» ilə bütün bölgədə ad çıxarıb. 

Belə ki, Şıxlinski cari təmir işlərinin satın alınmasına ayrılmış 52,6 min manatın vayına necə oturubsa, ağladıqca ağlamaq gəlir. Və üa Şöbə müdiri yumuşaq inventarların alınmasına guya, 57,3 min manat xərclədiyini sənədləşdirsə də, bu alınanların ikinci əl mallar olduğu iddia edilir. 

Demokratiya.info bildirir ki, Şıxlinski rayonda bir sıra «əsaslı təmir» işləri də həyata keçirib. Bunun üçün 256,1 min manat bürcə vəsaitinin də «anasını ağlar qoyub». 

Ən dəhşətli məqam isə Şəmkir Təhsil Şöbəsinin dəftərxana ləvazimatlarına sərf etdiyi pullardır. Bildirək ki, rəsmi sənədlərdə bu məqsədlə 175,5 min manat xərcləndiyi vurğulanır. Maraqlıdır ki, kiçik bir rayonun bu qədər dəftərxana ləvazimatına olan ehtiyacı haradandır? Bakının ən böyük rayonunda belə ən mühüm dövlət qurumu üçün bu məqsədlərə bu qədər vəsait xərxlənmir. Görünür, Məcid Şıxlinski dəftərxana ləvazimatlarını orta məktəblərdən daha çox sevir. Hər nə qədər olmasa da, birindən pul çıxır, digərindən çıxmır. 

Qarşı tərəfi də dinləməyə hazırıq.

Administratorla əlaqə

077 611-55-22

[email protected]