Əsas Səhifə / Mədəniyyət

Yusif Hüseynovun qapısı qıfıllı «obyektləri» - ÖZƏL

11-01-2016, 10:49
Və ya Laçın Mədəniyyət və Turizm şöbəsinin müdiri dövlətin pullarını necə talayır?

Laçın rayon Mədəniyyət və Turizm Şöbəsinin fəaliyyəti barədə keçən günlərdə yazmışdıq. Bildirmişdik ki, şöbənin müdiri Yusif Hüseynov devalivasiya prosesindən xeyli qazanc əldə edib. Başı öz obyektlərinə qarışan şöbə müdirinin dollar həvəskarı olduğunu da vurğulamışdıq. 

Demokratiya.info xəbər verir ki, Hüseynovun dövlət büdcəsindən hər il ayrılan pulları necə xərclədiyi də müəmmalıdır. Çünki qaçqın rayonu olan Laçının əhalisi ölkənin hər yerinə yayılıb. Onların məskunlaşdığı ərazilərdə kitabxanaların, mədəniyyət evlərinin fəaliyyət göstərdiyi isə qəti inandırıcı deyil. Üstəlik, heç real da sayılmır. 

Qeyd edək ki, kağız üzərində onlarla kitabxanası, mədəniyyət evi, klubları olduğu yazılmış şöbənin müdirinin əsas məqsədi pul qazanmaqdır. Hətta elə kitabxanalar var ki, onların qapısına illərdir qıfıl vurulub. Və həmin qıfıllar artıq pas atıb. 

Fəaliyyətdə olan mədəniyyət evləri və ya kitabxanaların bəzilərinin çayxana kimi istifadə olunduğu da deyilir. İddia olunur ki, Yusif Hüseynov həmin obyektləri özünün gəlir yerinə çevirib. Yəni, klubları, kitabxanaları və mədəniyyət evlərini şəxsi adamlara icarəyə verib. Onlar da həmin yerləri çayxanalara çevirib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]