Əsas Səhifə / Yaşam

İş adamının keçirdiyi dinc aclıq aksiyasını polisin zorakılığı ilə dağıdılmasına hüquq müdafiyəçisi O. Gülaliyev münasibət bildirib

18-03-2018, 14:17
Press-az.com-un verdiyi məlumata görə, hüquq müdafiyəçisi Oktay Gülaliyev Sumqayıt şəhərinin icra başçısı Zakir Fərəcov tərəfindən mənimsənilən bir qrup iş adamının keçirdiyi dinc aclıq aksiyası polisin zorakı gücü ilə dağıdılmasına öz facebook səhifəsində münasibət bildirib . Press-az.com saytı olaraq Oktay bəyin münasibətini siz oxuyuculara təqdim edirik.


Dostlar, artıq ölkədə vəziyyət elə bir həddə gətirilib ki, insanlara öz haqqını tələb etmək, etiraz etməyin bütün formaları faktiki olaraq yasaq edilir. Bu gün Bakıda daha bir dəhşətli prosesin şahidi olduq. Malı, mülkü, pulu Sumqayıtın icra başçısı Zakir Fərəcov tərəfindən mənimsənilən bir qrup iş adamının keçirdiyi dinc aclıq aksiyası polisin zorakı gücü ilə dağıdıldı. Aksiya iştirakçıları təhqir edildi, onlara zor tətbiq olundu. Zorla aksiya keçirdikləri evdən bayıra atıldı. Təsəvvür edirsinizmi bu nə deməkdir? Polis öz evində aclıq edən insanı hansı qanunla, haqla küçəyə atıb ona zorakalıq edir? Niyə polisi bunca ucuzlaşdırıb siyasiləşdirirlər, dinc, günahsız insanlara qarşı qoyurlar?

İş elə gətirdi ki, aclıq aksiyası keçirən şəxsləri bu gün günorta saatlarında mən mətbuat nümayəndələrinin iştirakı ilə ziyarət etdim, problemlərini dinləyib hadisə yerindən aidiyyatı qurumlara canlı yayım üzərindən müraciət etdim. Biz aksiya keçirilən yeri tərk etdikdən sonra gəlib insanlara qarşı fiziki zor tətbiq ediblər...

Əslində bu o deməkdir ki, dövlətın adı altında gizlənmiş bir qrup mafioz qrup sənin malını, pulunu, hətta canını ala bilər, amma sən heç bir halda onlara etiraz etməməlisən. Görürsünümzü bunlar ölkəni necə idarə edirlər və hansı səviyyəyə gətirib çıxarıblar? Bu o deməkdir ki, sən haqqını tələb etmək üçün hətta özünə əziyyət verib evində aclıq aksiyası da keçirə bilməzsən. Dəhşətdir...

Aksiya iştirakçıları ilə əlaqə saxladım, onlar geri çəkilməyəcəklərini, qanuni və doğal haqlarını alana qədər aksiyanı və mübarizəni davam etdirəcəklərini bildirdilər. Biz də- mən və dostlarım onlara sona qədər dəstək olacayıq. Sizləri də, azad mətbuat orqanlarını, ictimai fəalları, partiya rəhbərlərini haqqını tələb edən insanlara dəstək olmağa çağırıram!

P. S. Məlumat üçün bildirim ki, aksiya keçirən iş adamları bildirir ki, Sumqayıtın icra başçısı Zakir Fərəcov Sumqayıt şəhərinin abadlaşdırılması adı altında onlardan 2 milyon 100 min manat müqabilində mal- material aldırıb və iş gördürüb, amma bu şəxslərin halal pullarını mənimsəyib vermir. İş adamlarından bir nəfər Müqayis Verdiyev 1 ildir həbs həyatı yaşayır...
Gəlin haqqını tələb edən insanlara dəstək olaq!

Administratorla əlaqə

077 611-55-22

[email protected]