Əsas Səhifə / Şikayət

İş adamları Prezident Aparatının qarşında toplaşdılar - Zakir Fərəcovdan şikayətlər nəticə vermir

29-01-2018, 19:07
Bu gün bir qrup iş adamı Sumqayıt icra başçısı Zakir Fərəcovun qanunsuz fəaliyyətinə etiraz ediblər. Onlar şəhərdə görülən işlərə xərclədikləri pulların qaytarılmasını istəyirlər.
İş adamlarından Məhəmməd Əsgərov Realinfo.az - a bildirib ki, Sumqayıt icra başçısı və baş memar Fəzail Hüseynov onları dəfələrlə aldadıb. Hər dəfə onlara olan borcunu qaytaracağını söz verən Zakir Fərəcov sonra vədinə əməl etməyib.

Bu səbəbdən müxtəlif qurumlara müraciət edən sahibkatlar icra başçısına tapşırıq verilməsini istəyiblər. Onların bu gün yenidən Prezident Aparatında qəbul ediblər və bildiriblər ki, borcları ödəniləcək. Lakin iş adamları verilən sözə inanmırlar. Realinfo.az -a məlumat verən sahibkarlar onu da bildiriblər ki, iki gündən sonra onları Prezidentin köməkçisi qəbul edəcək və lazımı tədbirlər görüləcək.

Xatırladaq ki, Sumqayıtın icra başçısı Zakir Fərəcov sahibkarların ümumilikdə 12 milyon manatını mənimsəyib. İndi pulunu tələb edənləri polislə hədələyən bu məmur, Prezidentin tapşırıqlarına da məhəl qoymur. Hamını şantaj edən icra başçısı öz qanunsuz əməllərini davam etdirir.
Mövzuya qayıdacağıq.

Administratorla əlaqə

077 611-55-22

[email protected]