Müsahibə

Hüquq müdafiəçisi aclıq aksiyası keçirən iş adamları ilə görüşüb (VİDEO)

17-03-2018, 17:55

Xeberman.com xəbər verir ki, bu haqda hüquq müdafiəçisi özünün feysbuk səhifəsində yazaraq məlumat verib:

"Sumqayıtın icra başçısı Zakir Fərəcovun onları aldadaraq 2 milyon 100 min manatını mənimsədiyini bildirən bir qrup iş adamı aclıq aksıyası keçirir. Bu gün onları ziyarət edib görüşdüm və tələbləri ilə tanış oldum.

Çox maraqlı və dəhşətlidir. Şəhərin abadlaşması üçün İcra hakimiyyətinə ayrılan vəsaitlər mənimsənilir, bədəlini iş adamlarına ödətdirirlər...

Az öncə aldığım məlumata görə əraziyə polis gəlib və aksiyanın dayandərılmasını tələb edib. Ölkədə hüquqi nihilizm hökm sürür..."

Məsələni diqqətdə saxlayacayıq.
Hüquq müdafiəçisi Oktay Gülaliyev Xeberman.com-un sualarını cavablandırdı. Xeberman.com saytı olaraq O. Gülaliyevin müsahibəsini təqdim edirik

Administratorla əlaqə

077 611-55-22

[email protected]