Əsas Səhifə / Media

DEPUTAT AZTV-ni BAĞLAMAĞI TƏKLİF ETDİ - “Heç bir üstünlükləri yoxdur”

2-12-2017, 01:06
DEPUTAT AZTV-ni BAĞLAMAĞI TƏKLİF ETDİ - “Heç bir üstünlükləri yoxdur”“Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün bizim ingilis dilində dilində telekanal açmağımız lazımdır”.

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisdəki çıxışında deputat Qüdrət Həsənquliyev bildirib.

O bildirib ki, Ukrayna, Qazaxıstan nümunəsində belə telekanallar var. Deputat digər kanallara ayrılan vəsaitləri də xatırladıb.

“Biz 32 miyon AzTV-yə, 12 milyon da İTV-yə vəsait ayırırıq. Ancaq bu kanalların digər özəl kanallarından heç bir üstünlüyü yoxdur. Olmazmı ki, biz bu vəsaiti ingilis dilində yayımlanan kanalların açılmasına yönəldək? Prezidentin sərəncamını oxuduğuna görə AzTV-ni saxlayıb, ora 32 milyon ayırmağa heç bir ehtiyac yoxdur. Onsuz da digər televiziyalar da böyük həvəslə prezidentin sərəncamlarını oxuyurlar, səfərlərini işıqlandırırlar”.

Administratorla əlaqə

077 611-55-22

[email protected]