Xəbərlər

Arif Rəhimzadədən daha bir qalmaqallı – AÇIQLAMA

18-06-2017, 11:50

Milli Məclisin deputatı, eyni zamanda MM regional məsələlər komitəsinin sədri, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının və İdarə Heyətinin üzvü, keçmiş dövlət müşaviri Arif Rəhimzadə tarixçi Alim Dilavər Əzimlinin fikirlərinə və sosial şəbəkələrdə onun Rusiyanın “beşinci kolon”un üzvü olması haqqında səsləndirilən ittihamlara cavab verib.

Xeberman.com məlumatına görə, deputat “Ölkə.Az”a açıqlamasında deyib ki, Dilavər Əzimli və onun haqqında cəfəng ittihamlar səsləndirən digər şəxslər səhvə yol verirlər:

“Bu adama (Dilavər Əzimli nəzərdə tutulur – red.) demək lazımdır ki, ay bədbəxt, bəs mən nə deməliyəm? Azərbaycan dünya tarixinə və ədəbiyyatına daxil olmaq üçün hansı yolla getməlidir? İngilis dilini öyrənməliyik? Ona demək lazımdır ki, ay bədbəxt, heç sən ingilis dilində yarım söz bilirsən? Bilmirsən! Yaxud da sənin uşaqların bilirmi? Ancaq Azərbaycan əhalisinin ən azı 30 faizi rus dilini bilir. İngilis dilini öyrənmək üçün bizə neçə illər lazımdır? Yoxsa özünü o qədər ağıllı hesab edirsən ki, daha sənə heç nə lazım deyil?”.

A.Rəhimzadə Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı da fikirlərinin üzərində qaldığını söyləyib:

“Mən demişəm ki, Rusiya İmperiyasının bizə nə qədər ögey münasibəti olsa da, ancaq bu imperiyanın hesabına birinci Azərbaycan Demokratik Respublikasını yaradan insanlar yetişib. Çünki onlar rus mədəniyyətindən və ədəbiyyatından təsirləniblər”.

Administratorla əlaqə

077 611-55-22

[email protected]