Ölkə

Fazil Mustafa: “Bir uşağa 45 manat, 1 buzova 100 manat ayrılır”

24-11-2017, 16:30
Fazil Mustafa: “Bir uşağa 45 manat, 1 buzova 100 manat ayrılır”
Deputat Fazil Mustafa Milli Məclisdəki büdcə müzakirələrində çıxış edərkən uşaqlarla bağlı problemlərə toxundu: “Deputat həmkarım Qüdrət Həsənquliyev çıxış edib dedi ki, bizdə qidalanma göstəricisinə görə uşaqların 6 faizinin boyunda problemlər var. Avropda isə əksinə, boy artımının olması ilə bağlı məsələni gündəmə gətirdi.

Bizim bu məsələyə yanaşmamız dəyişməlidir. Bu məsələ dəfələrlə qaldırlıb. Xüsusən də yeni doğulan uşaqlara birdəfəlik verilən müavinətin artırılması məsələsi qaldırılıb. Lakin nəticəsi olmayıb. Uşaqların boyunun aşağı olmasını belə müqayisə etmək olar: bu gün uşaqlara doğuş üçün verilən birdəfəlik müavinətin miqdarı 45 manatdır. Amma kənd təsərrüfatında bir buzova görə verilən subsidiya 100 manatdır. Odur ki, bu məsələrlər baxış fəlsəfəsi dəyişməlidir. Nə qədər ki, yeni doğulan uşaqlara baxış fəlsəfəsi dəyişməyib, hələ bir daha ciddi problemlərin şahidi olacağıq”.

F.Mustafa digər bir mövzuya da toxundu. Bildirdi ki, qəbul olunmuş qaydalara görə, şəhər nəqliyyatında 5 yaşına çatmamış uşaqlar nəqliyyatdan pulsuz istifadə edirlər: “5-10 yaşlı uşaqlar isə gediş haqqının yarısını ödəməlidirlər. Amma BakuBus bu qaydalara əməl etmir”.

Administratorla əlaqə

077 611-55-22

[email protected]