Siyasət

“İran və Türkiyə ilə viza rejimi ləğv edilməlidir” - Qüdrət Həsənquliyev

30-10-2016, 22:52
“İran və Türkiyə ilə viza rejimi ləğv edilməlidir” - Qüdrət Həsənquliyev
Milli Məclisdə Azərbaycan-İran-Rusiya prezidentləri arasında imzalanmış bəyannamənin müzakirəsi zaman çıxış edən deputat Qüdrət Həsənquliyev  Azərbaycan hökumətini Türkiyə və İranla viza rejimini ləğv etməyə çağırıb: "İranda 30 milyondan artıq azərbaycaycanlı yaşayır. Mən dəfələrlə Milli Məclisdə məsələ qaldırmışam ki, biz İranla viza məsələsinə baxmalıyıq”.

Deputat vurğulayıb ki, Azərbaycana qarşı bəzi Türkiyə saytlarında təxribatçı yazılar gedir: "Bu gün mən bir yazı oxudum ki, Türkiyədə müəyyən adamlar bizə rişxənd edirlər. Onlar bizim Türkiyə ilə dostluq və qardaşlığımız haqqında dediklərimizə ironiya ilə yanaşıb hələ də viza rejimini qaldırmamağımızı xatırladırlar. Ona görə də mən Türkiyə və İranla viza rejiminin qarldırılması üçün hökuməti müvafiq addımlar atmağa çağırıram. Bu həm də kimlərə xidmət etdiyi bəlli olmayan media orqanlarının bizə qarşı təbliğatına son qoyardı” – deyə deputat bildirib.

Rəşad VAQİFOĞLU

Administratorla əlaqə

077 611-55-22

[email protected]