Texnologiya

"Apple", "Samsung" və "Sony" uşaq əməyinin istismarında suçlanır

19-01-2016, 16:36
Beynəlxalq Əfv Təşkilatı mobil telefon şirkətlərini azyaşlıların əməyini istismar etməkdə günahlandırıb.

Xeberman.com xəbər verir ki, bu təşkilat "Samsung", "Apple" və "Sony" kimi şirkətlərin mallarında istifadə etdikləri materialların mədənlərdən çıxarılmasında uşaqlardan istifadə olunub-olunmadığını araşdırmamaqda suçlayıb.

Adıçəkilən şirkətlər isə Beynəlxalq Əfv Təşkilatının iddialarını rədd ediblər.

Demokratik Konqo Respublikasında kobalt mədəni ilə bağlı sənəd hazırlayan təşkilat 7 yaşlı uşaqların təhlükəli şəraitdə işlədiklərini vurğulayıb.

Qeyd edək ki, dünyadakı kobaltın 50 faizdən çoxu Konqoda istehsal olunur.

Administratorla əlaqə

077 611-55-22

[email protected]