Gündəm

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT DƏNİZ ADMİNİSTRASİYASININ RƏİSİ QÜDRƏT QURBANOVUN RƏHBƏRLİK ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİ LONDONDA KEÇİRİLƏCƏK BEYNƏLXALQ DƏNİZ TƏŞKİLATI (İMO) ASSAMBLEYASININ 29-CU SESSİYASINDA İŞTİRAK EDİR

23-11-2015, 09:35
Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşmış agentliyi olan, 1995-ci ildən Azərbaycan Respublikasının üzvü olduğu Beynəlxalq Dəniz Təşkilatının (IMO) London şəhərində yerləşən baş qərargahında 23 noyabr – 02 dekabr 2015-ci il tarixlərində keçirilən Beynəlxalq Dəniz Təşkilatı Assambleyasının 29-cu sessiyasında Azərbaycanı təmsil edir.

Qeyd olunan sessiyada Beynəlxalq Konvensiyaların statusu və təşkilata üzvlük barədə hesabatın və Təşkilatın komitələri tərəfindən təqdim edilən hesabatların dinlənilməsi və həmçinin Beynəlxalq Dəniz Təşkitalına yeni baş katibin seçilməsi, Şuranın üzvlərinin seçilməsi və digər məsələlərlə bağlı müzakirələrin aparılması nəzərdə tutulmuşdur.

Sessiya müddətində həmçinin Azərbaycan nümayəndə heyətinin Beynəlxalq Dəniz Təşkilatının rəsmiləri,Sessiyaya qatılmış bir sıra üzv dövlətlərin rəhbərləri ilə ikitərəfli görüşləri və təcrübə mübadiləsinin aparılması nəzərdə tutulmuşdur.

Administratorla əlaqə

077 611-55-22

[email protected]