Əsas Səhifə / Kriminal

Beynəlxalq xeyriyyə təşkilatının Bakıdakı vəhabi rəhbəri axtarışa verildi

23-12-2015, 19:55
Beynəlxalq xeyriyyə təşkilatının Bakıdakı vəhabi rəhbəri axtarışa verildi

Beynəlxalq təşkilatın Azərbaycan nümayəndəliyinin rəhbəri beynəlxalq axtarışa verilib. Bu barədə İnterpolun saytında məlumat yerləşdirilib. Məlumatda qeyd olunur ki, 45 yaşlı Rəşad Axundov külli miqdarda vergidən yayınmaqda təqsirləndirilir. O, Azərbaycandan qaçdığı üçün barəsində dövlətlərarası axtarış elan olunub və saxlanılması üçün İnterpola müraciət edilib. 


 Hazırda onun tutulması istiqamətində əməliyyat tədbirləri davam etdirilir. Məlumata görə, axtarışa verilən R. Axundov "Dar Al Ber” beynəlxalq xeyriyyə təşkilatının Bakı nümayəndəliyinin rəhbəri olub. Azərbaycan mətbuatında dəfələrlə R. Axundovun "Vəhabi” təriqətinin üzvləri ilə yaxın əlaqələrinin olması ilə bağlı məlumatlar yayılıb.


 Hələ 2014-cü ildə "Dar Al Ber” beynəlxalq xeyriyyə təşkilatının Bakı nümayəndəliyində MTN və Vergilər Nazirliyi birgə əməliyyat keçirib. Əməliyyat zamanı nümayəndəliyin rəhbəri R. Axundov saxlanılıb, bir gün sonra isə sərbəst buraxılıb. Adıçəkilən xeyriyyə təşkilatı 1979-cu ildə Birləşmiş Ərəb Əmirliklərində təsis edilib. Təşkilat 1994-cü ildə Azərbaycanda nümayəndəliyini açıb (APA).



Administratorla əlaqə

077 611-55-22

[email protected]