Maraqlı

Azyaşlı uşaqların istismar edildiyi ölkələr… - SİYAHI, FOTOLAR

20-01-2016, 10:37
Uşaq Hüquqları Konvensiyasına görə, uşaq əməyinin istismarı qadağan olunub. 

Buna baxmayaraq, dünyada elə ölkələr var ki, orada zavodlarda, fabriklərdə və fermer təsərrüfatlarında uşaq əməyindən istifadə edilir. Bu gün iqtisadiyyatı zəif olan ölkələrdə 250 milyondan çox azyaşlı uşaq işləyir.

Statistika

Beynəlxalq təşkilatların məlumatlarına görə, dünyada uşaq əməyinin istismarına Asiya ölkələrində 153 milyon, Afrikada 80 milyon, Cənubi Amerika ölkələrində isə 17 milyona qədər azyaşlı uşaq məruz qalır. 

Həmin uşaqlar dözülməz şəraitdə işlədilir və bir çox hallarda onlar öz sağlamlıqlarını itirirlər. Əksər hallarda azyaşlılar fahişəliyə və hərbi konfliktlərə cəlb edilirlər.



Uşaq əməyinin istismarı hallarının 69 faizi kənd təsərrüfatı sahəsinin payına düşür. Uşaqlar bu sahədə əsasən tütün, pambıq, düyü və kakao yığımında istifadə olunurlar. Myanma uşaq əməyinin istismarına görə ilk yeri tutur. 

Bundan başqa Hindistan, Braziliya, Banqladeş, Çin, Filippin, Nepal, Somali, Şimali Koreya, Şri-Lanka, Əfqanıstan və Pakistan da bu siyahıya daxildir.

İş yerlərinin bölünməsi

Myanmada 7 yaşına çatmış hər üç uşaqdan biri işləyir. 

Bu uşaqlar çox ağır işlərdə çalışırlar. Yaxın günlərə qədər uşaq əməyi hərbi sahədə də istifadə edilirdi. Uşaqlar orduda təmizlik işləri və yük daşımaqla məşğul olurdular. 



Bundan başqa, uşaqlardan canlı sipər kimi də istifadə olunur. Beynəlxalq təşkilatların təzyiqindən sonra Myanma uşaq əməyini yüngülləşdirməyə məcbur edilib. 

İndi bu ölkədə uşaqlar yalnız tikinti sahəsində çalışırlar.



Tikinti sahəsində 8 yaşlı qız uşaqları 20 kiloqramlıq sementlə dolu qabları daşımağa məcbur edilirlər. Bu sahədə əsasən ailəvi çalışırlar və əmək haqları da valideynlərə verilir.

İşləmək məcburiyyəti bu ölkədə azyaşlı uşaqların 40 faizini təhsil almaq imkanından məhrum edib. 

Əgər azyaşlı uşaqlar valideynləri tərəfindən başqa ölkəyə satılırsa, belə uşaqlar şanslı uşaqlar sayılırlar.



Çay plantasiyalarında çalışmaq uşaqlar üçün təhlükəsiz və prespektivli iş sayılır. 

Hindistanda uşaq əməyindən qızıl mədənlərində, kakao yığımında və paltarların tikilməsində istifadə edilir. Bu ölkədə kasıb ailələr öz uşaqlarını 5 yaşından qul kimi satırlar.



Banqladeşdə 18 yaşına qədər insanların 18 faizi günü 1 dollara yaşamağa məcburdur. Bu ölkədə 12 saat uşaq əməyinə görə 1.7 dollar pul verilir.

Dünyanın lider istehsalçıları da uşaq əməyindən istifadə edirlər. Hindistanın "Monsanta” korparasiyasını və Çinin "Peqatron Group” kompaniyasını buna misal göstərmək olar. 

Yeyinti sənayesinin liderlərindən olan "Nestle” də uşaq əməyinin istismarında günahlandırılır. Azyaşlıların əməyi şokolad hazırlanmasında istifadə edilən kakao plantasiyalarında da istifadə edilir.



Milyonlarla uşaq dünyanın bir çox ölkəsində xoşbəxt uşaqlığın nə olduğunu bilmir. Onlar ölkələrinin iqtisadiyyatı zəif olduğu üçün işləməyə məcburdurlar.

Administratorla əlaqə

077 611-55-22

[email protected]