Əsas Səhifə / Texnologiya

Yeni Samsung Galaxy View hansı özəlliklərə sahibdir ?

14-02-2016, 20:55

"Samsung" şirkətinin 2015-ci ilə son qoyan "Samsung Galaxy View" modelini araşdırdıq. Modelin əsas fərqinin ekran ölçülərində olduğunu nəzərə alaraq, ofis və universitetlər üçün "Samsung" şirkəti tərəfindən istehsal edildiyi açıqlanır.

 deyerler.org xeber verir ki, ekran ölçüləri ilə diqqət çəkən "Samsung Galaxy View", planşet bazarının ən nadir modellərindən biridir. 18,4 inc ekrana malik olan "Samsung Galaxy View", günün bütün tələblərinə cavab verir.

"Samsung Galaxy View" modelinin dünya bazarındakı qiyməti

"Samsung Galaxy View" modelinin dünya bazarındakı qiyməti olduqca bahalıdır. Hətta dünyadakı ilk onluğa girən bahalı planşetlərdən biri olduğu da açıqlanmaqdadır. Modelin dünya bazarındakı qiyməti isə, 700-900 dollar arasında dəyişməkdədir. Bəzi versiyaları isə - "Premium" üstün versiya 1500-1700 dollar arasında satılmaqdadır.

"Samsung Galaxy View" xüsusiyyətləri

Böyük ekrana malik olmasına baxmayaraq, dızayını ilə də diqqətləri cəlb edir. "Samsung Galaxy View" modeli, mütəxəssislərin dili ilə desək planşetdən daha üstün və kompüterdən daha zəif bir cihazdır. Buna görə də bir çox ölkələr "Samsung Galaxy View" modelini planşet adlandırmırlar. Lakin "Samsung" şirkəti, modeli planşet olaraq dünya bazarına çıxardıb. Cihazın bir başqa diqqət çəkən cəhəti, modeldə fiziki düymənin istifadə edilməməsidir. Bunun əvəzində isə, 4 ədəd sensorlu düymədən istifadə edilmişdir.

Gündəlik daşımaq üçün düşünülmədiyinə görə cihaz, olduqca ağırdır. Cihazın çəkisi nə az nə çox, 2,65 kq-dır. Cihazın qalınğı isə, 11,9 mm-dir. Cihaz, Simkart və 4,5 G internet sürətini dəstəkləməkdədir.

"Samsung Galaxy View"nin texniki xüsusiyyətləri

8,4 inc Full HD ekrana malik olan "Samsung Galaxy View", "Exynos 7580 Octa"  prasessoru ilə işləməkdədir.

Qrafik sistem kimi Mali T 720 istifadə edilən model, 2 GB RAM-la işləyir. Cihazın "Premium" modeli isə, 4GB RAM ilə işləməkdədir. Modelin daxili yaddaşı isə, 32 GB-dır. Arxa kamerası olmayan cihazın, qabaq kamerası 2,1 MP-dir.

5700 mAh-lıq bir rekord batareya gücünə malik olan cihazın, "Samsung"un bu günə qədər təqdim etdiyi ən güclü batareya enerjisi olduğu açıqlanıb. Bununla da kifayətlənməyən xüsusiyyətlər, 128 GB  MicroSD Xarici yaddaşı dəstəkləməyi ilə davam edir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]