Xəbərlər / Gündəm

Bakıda məhkum həbsxanada evləndi - Foto

23-10-2017, 11:11

Penitensiar xidmətin 3 saylı İstintaq təcridxanasında saxlanılan Baxışov Ehtiram Ələddin oğlu ilə vətəndaş Məmmədova Sevalə Əflatun qızının müraciətləri əsasında onların nikah mərasimi baş tutub

Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Xeberman.com-a verilən məlumata görə, 21.10.2017-ci il tarixdə təşkil olunmuş tədbirdə Bakı şəhər Xəzər rayon Qeydiyyat şöbəsinin rəis əvəzi Aygün Eminova tərəfindən həmin şəxslərin nikahı rəsmiləşdirilib.
Ailə quranlar yaradılan şəraitə görə Ədliyyə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.


Administratorla əlaqə

077 611-55-22

[email protected]