Kriminal

Bakıda həbsxanada məhkum ölüb

13-02-2016, 08:37
Bakıda həbsxanada məhkum ölüb  Xeberman.com APA-ya istinadən məlumatına görə, hadisə Nizami rayonu ərazisində yerləşən 6 saylı cəzaçəkmə müəssisəsində baş verib.
 
Məhkum, 25 yaşlı İbrahimov Nurani Fuad oğlu dünyasını dəyişib. Məlumatı APA-ya onun dayısı Əli Məmmədov verib. O, bildirib ki, hadisə ötən gecə baş verib və bir qədər əvvəl meyit Nizami Rayon Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən ailəsinə təhvil verilib. Bakının Hövsan qəsəbəsində yaşayan Nurani İbrahimov sabah dəfn ediləcək.
 
Nurani İbrahimov 2011-ci ildə Cinayət Məcəlləsinin 126-cı (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirli bilinib və 7 il müddətinə azadlıqdan məhrum edilib.
 
Ədliyyə Nazirliyi Penitensiar Xidmətindən bildirilib ki, faktla bağlı rəsmi açıqlama sabah veriləcək.

Administratorla əlaqə

077 611-55-22

[email protected]