Kriminal
İstintaq təcridxanasında daha bir ölüm - «Parabank»ın iddiası can aldı
24-05-2016, 04:48
AzNews.az xəbər verir ki, 3 aydır, məhkum olunmuş Yaşar Mehdiyev qəfildən dünyasını dəyişib. Təcridxanasından verilən məlumata görə, Y.Mehdiyev «Parabank»ın iddiası əsasında həbs olunub. O, bankın yarım milyona yaxın vəsaitini mənimsəməkdə ittiham olunur. O da qeyd olunur ki, mərhum bu gün Ağır Cinayətlərə dair Məhkəmədə son söz deyəcəkmiş.
Məlumat üçün bildirək ki, bir neçə ay əvvəl «Parabank»ın iddiası əsasında həbs olunan daha bir məhkumun Bakı İstintaq Təcridxanasında ölməsiylə bağlı məlumat yayılmışdı.