Əsas Səhifə / Elm

Qaraçuxurdakı məktəbdə “məzun pulu” yığırlar – ŞİKAYƏT

12-01-2016, 07:29
Qaraçuxurdakı məktəbdə “məzun pulu” yığırlar – ŞİKAYƏT

Bakının Suraxanı məktəblərində rüşvət baş alıb gedir. Rayonun Qaraçuxur qəsəbəsində yerləşən Rəsul Ənnağıyev adına 141 saylı tam orta məktəb də digər təhsil ocaqlarından geri qalmır.

 

Valideynlərin VİZUAL.az-a göndərdiyi şikayət məktubunda məktəbin direktoru Fərəh Hüseynovanın özbaşınalığından bəhs olunub.

Məktubda deyiir ki, direktor müəllim kollektivi ilə normal ünsiyyət qurmur, dərs saatlarını rüşvət hesabına bölüşdürür. Etik davranış qaydalarına zidd rəftarı ilə seçilən xanım direktor şagirdlərdən belə rüşvət toplamaqdan çəkinmir.

Şikayət edən valideynlərin sözlərinə görə, 141 saylı məktəbin direktoru bütün bayramlarda müəllimlərdən siyahı ilə 100 manatdan pul yığdırır. Məktəblərə pulsuz paylanılan dərsliklər isə artıq uzun illərdir ki, şagirdlərə satılır. Valideynlərin sözlərinə görə, 4-cü sinfi bitirən şagirdlər üçün "Kiçik məzun” tədbiri keçirilir. Bunun müqabilində isə hər şagirddən 500 manat məbləğində pul tələb olunur. Təhsil ocağını rüşvət və korrupsiya bataqlığına çevirən direktor "Mən tankam, heç kimin mənə gücü çatmaz”, deyərək valideynlərə hədə-qorxu gəlməkdən belə çəkinmir.

Şikayətçilər təhsil naziri Mikayıl Cabbarovun özünü tank, yaxud digər artilleriya növü ilə müqayisə edən məktəb direktoru barəsində ciddi ölçü götürəcəyinə inanır. Bu iddialarla bağlı məktəbə dəfələrlə zəng etsək də, cavab verən olmadı. Yazıda adı keçən tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Administratorla əlaqə

077 611-55-22

[email protected]