Ölkə

Məktəbdə 8 Mart üçün hər şagirddən 50- 30 manat...

8-03-2016, 20:45

Övladı Bakının Xırdalan şəhərində  yerləşən 9 saylı orta məktəbdə təhsil alan valideynlərdən biri Xeberman.com -a müraciət edərək adıçəkilən məktəbin rəhbərliyindən şikayət edib.

Övladına təzyiq ediləcəyindən qorxaraq, adının çəkilməsini istəməyən valideynin sözlərinə görə, məktəbin direktoru Ədalət müəllimənin  göstərişi ilə 8 mart bayramı ilə əlaqədar hər şagirddən  30- 50 manat pul yığılır.

Valideyn isə pulu verməyə imkanı olmadığını, olsaydı belə, verməyəcəyini deyib. Məktəb rəhbərliyinin artıq mütəmadi xarakter alan bu əməllərindən təngə gəldiyini deyən valideyn bu məsələdə sonadək mübarizə aparacağını bildirib.

Məsələ ilə bağlı sözügedən məktəbin direktoru ilə əlaqə saxlamaq istəsək də, telefona cavab verən olmadı.

Administratorla əlaqə

077 611-55-22

[email protected]