Gündəm

Şeyx Sərdar Hacıhəsənli və Masallıdan son xəbərlər - VİDEO - YENİLƏNDİ -

22-02-2017, 23:21
Xeberman.com-un Maide.az-a istinadən verdiyi xəbərə görə, Masallı Şəhər Polis İdarəsi və Prokurorluğu qarşısında toplanan yerli sakinlərə zor tətbiq edilir. Bir qədər əvvəl Masallıya əlavə qüvvələr cəlb olunub və Şeyx Sərdarın həbsinə etiraz edənlərə qarşı güc tətbiq edilir.
Hadisə yerində foto və video görüntülərin alınmasına imkan verilmir. Foto və video görüntülüərini çəkən şəxslər saxlanılır.
Əmisi ruhani Sərdar Hacıhəsənlinin polis tərəfindən qanunsuz saxlanılmasını eşidib və onun vəziyyəti ilə maraqlanmaq üçün məhkəmə önünə gələn Şeyx Sərdarın qardaşı oğlu Anar İsazadə də saxlanılıb. Həmçinin saxlanılanların adları da məlum olub. Onlar jurnalist Mirələm Həşimov, Masallı dindarları Elnur Məhərrəmov və Mir Emil Qurablıdır.


Əldə etdiyimiz məlumata görə, ruhani Şeyx Sərdar Hacıhəsənliyə dövlət tərəfindən vəkil təyin etmək istənilsə də, o, dövlət tərəfindən təyin olunan vəkili qəbul etməyib. Həmçinin bildirilir ki, Şeyx Sərdar heç bir sənədə imza atmayıb.
Şeyx Sərdar Hacıhəsənlinin məhkəməsi qarşısına ona dəstək üçün toplaşan insanlardan 3 nəfər Masallı rayon polisi tərəfindən saxlanılıb. Saxlanılanlar arasında peşə vəzifəsini yerinə yetirən jurnalist Mirələm Həşimov da var.
17:40
Artıq Ruhani Şeyx Sərdar Hacıhəsənlinin polis əməkdaşları tərəfindən rayonun prokurorluğuna gətirildiyi bildirilib.

Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvi, Maide.Az saytının baş redaktoru ruhani Şeyx Sərdar Hacıhəsənli Masallı şəhər polisi tərəfindən saxlanılıb. İslamazeri.az-ın xəbərinə görə, bu haqda məlumatı yaxınları maide.az-a bildirib.

Sayt yazır ki, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov Şeyx Sərdardan ruhani fəaliyyətinə, xüsusi ilə yüzlərlə insanın önündə cümə namazı qıldığına görə polisə şikayət edib.

Şeyx Sərdar bu gün səhər saat 10-dan polis bölməsində saxlanıldığı bildirilir.

Vəkil Cavad Cavadov məsələ ilə bağlı özünün "Facebook" profilində məlumat yayıb:

"Masallı rayonundan olan ilahiyyatçı Sərdar Babayevin barəsinde bir ay əvvəl Masallı rayon İcra Hakimiyyətinin başçısı cinayət işi başlanılması üçün şikayət etmişdi. Dəfələrlə onunla birlikdə istintaqda iştirak etmişik. Üç gündür ağır xəstə olduğumdan və bu barədə istintaqı aparan Masallı Rayon Polis Şöbəsinin istintaq şöbəsinə məlumat vermişəm. Buna baxmayaraq bu gün Sərdar Babayev polisə səhər çağırılıb və hal hazırda həbs edilməsi üçün məhkəməyə aparılır. Ona Cinayət Məcəlləsinin 168-1.3 maddəsi ilə ittiham verilib. Bütün bunlar kobud müdafiə hüqüqunun pozulması ilə aparılır. Həmin ittihamın özünün də hüquqi əsası yoxdur".


Maddə 168-1. Dini təbliğat, dini ayin və mərasimlərin aparılması tələblərini pozma
168-1.1. İslam dininə aid ayin və mərasimlərin xaricdə dini təhsil almış Azərbaycan Respublikasının vətəndaşı tərəfindən aparılması -
iki min manatdan beş min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
168-1.2. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs tərəfindən dini təbliğat aparılması -
bir ildən iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
168-1.3. Bu Məcəllənin 168-1.1-ci və 168-1.2-ci maddələrində nəzərdə tutulmuş əməllər.



Administratorla əlaqə

077 611-55-22

[email protected]