Gündəm

Daha bir jurnalist tənqidi yazılarına görə həbsə atıldı

14-01-2017, 15:56

Xeberman.com saytının verdiy məlumata görə, hüquq müdafiyəçisi Okay Güləliyev öz facebook səhifəsində yazaraq bildirir ki, daha bir jurnalist tənqidi yazılarına görə həbsə atıldı

Cəlilabad rayon məhkəməsinin qərarı ilə xuliqanlıqda ittiham olunan "Azel.tv" saytının təsisçisi və redaktoru Əfqan Sadıqov 2,5 il müddətinə azadlıqdan məhrum edilib.

O, CM-in 127.2.2-cü (xuliqanlıq niyyəti ilə sağlamlığa qəsdən ziyan vurma) maddəsi ilə ittiham olunur.

Keçən ilin avqust ayında Cəlilabad rayon İcra Hakimiyyətinin binasında rayon icra başçısının qəbul otağında Aliyə Rzayeva adlı bir qadın jurnalistə hücum edib və bundan sonra polis insidenti sağlamlığa ziyan vurma kimi protokollaşdırıb. Vəkil Elçin Sadıqov bildirib ki, jurnalist ona qarşı təxribat törədildiyini və peşə fəaliyyətinə görə təqib olunduğunu deyib.

İttiham materiallarına əsasən Əfqan Sadıqov guya 2016-cı il avqustun 9-da səhər saat 10-da Cəlilabad rayon icra başçısının qəbul otağında "zərərçəkmişi" vurub və o, hüşunu itirib, dərhal xəstəxanaya aparılıb. Amma rayon xəstəxanasının qeydiyyat kitabında qeyd edilib ki, bu qadın saat 15.30-da xəstəxanaya daxil olub.

Bundan başqa, iş materiallarında ifadələr 9 avqust tarixlidir və onlarda bu qadının imzası var. Bu, onun bir neçə gün xəstəxanada huşsuz yatdığı haqqında iddialarla üst-üstə düşmür. Amma məhkəmə uyğunsuzluqları araşdırmayıb.

İş üzrə bütün şahidlər rayon icra hakimiyyətinin işçiləri olub.

Məhkəmə həmçinin müdafiə tərəfin rayon icra başçısının qəbul otağındakı müşahidə kameralarının videogörüntülərinə baxılması haqqında vəsatətini təmin etməyib. Çünki bu halda qadına heç bir hücumun olmadığı aydın olardı.

Göründüyü kimi rayon icra başçıları özlərini "kiçik padişah"- lar kimi aparır. Çünki Əfqan Sadıqov dəfələrlə Cəlilabad rayon icra hakimiyyəti başçısının yol verdiyi yanlış idarəetmə və korrupsiya hallarına görə tənqidi yazılarla çıxış edib. İcra başçısı da tənqiddən çıxış yolunu nöqsanları aradan qaldırmaqda yox, jurnalisti şərləyib həbs etməkdə görüb. Niyyətini də yalançı "zərərçəkənlər"- in və polisin gücü ilə həyata keçirib.


Administratorla əlaqə

077 611-55-22

[email protected]