Əsas Səhifə / Siyasət

Pirallahının "ALLAHSIZ" icra başçısı – Vasif İmanov

4-07-2017, 19:30
Pirallahının "ALLAHSIZ" icra başçısı – Vasif İmanovBəylər – Rövnəq cütlüyünün növbəti bəlası rayonda “at oynadır”

Bir neçə il öncə yaradılan Pirallahı rayonun turizm üçün əlverişli bir məkanda yerləşməsindən və bu sahənin inkşaf etdirilməsindən ağız dolusu bəhs edilirdi. Rayona təyin olunan icra başçısının Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin kadrı olması gözlənilənlərin gerçəkləşməyəcəyini düşünməyə kifayət etdi.

Realliq.info –nun araşdırmaları göstərir ki, İcra başçısı Vasif Həsən oğlu İmanovun rayonda həyata keçirdiyi və adını yeni layihələr qoyduğu işlər sadə insanların həyat tərzini ağırlaşdırıb. ARDNŞ-nin prezidentinin digər kadrları kimi yarıtmaz fəaliyyəti ilə diqqət çəkən icra başçısının keçdiyi həyat yolu da elə zəngin iş təcrübəsindən xəbər vermir.

Imanov Vasif Həsən oğlu 1961-ci ildə Zəngəzur mahalının Ərəfsə kəndində anadan olub. 1983-cü ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu, 2004-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib. 1983-cü ildən əmək fəaliyyətinə başlayıb. 1983-1991-ci illərdə “Avtoyoltikinti” Nazirliyinin 27 saylı Yol İstismar Sahəsində mühəndis-mexanik və baş mexanik, 1991-1999-cu illərdə “Şelflayihətikinti” İstehsalat Birliyinin Tikintinin Mexanikləşdirilməsi və Nəqliyyat İdarəsində istismar şöbəsinin rəisi, baş mühəndis və həmin idarənin rəisi, 2003-2006-cı illərdə Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda direktor müavini, 2006-2013-cü ilin mart ayına qədər ARDNŞ-nin Sosial İnkişaf İdarəsində rəis müavini vəzifəsində çalışmışdır.

Azərbaycan Respublikası Prezidentinin 7 mart 2013-cü il tarixli Sərəncamı ilə Bakı şəhər Pirallahı rayon İcra Hakimiyyətinin Başçısı vəzifəsinə təyin edilmişdir.

Ərazisi və əhalisinin sayına görə böyük olmayan rayonda Vasif İmanov qazanc əldə etməsinin yollarını tapdı. Rayonun Xəzər dənizi ilə əhatə olunması adını kürd qoyan icra başçısının işinə yaradı. İlk öncə qeyd edim ki, Pirallahı rayonuna icra başçısı təyin olunduqdan sonra dənizkənarı qanunsuz tikilən obyektlərin Prezidentin Xüsusi Mühafizə Xidmətinin rəisi Bəylər Eyyubova məxsus olduğunu bildirən icra başçısı qanunsuzluqları bu yolla gizləmiş oldu. Vasif müəllim çox keçmədi ki, qohumlarına və Rövnəq Abdullayevə də böyük hədiyyələr bəxş etdi.

Realliq.info saytının əməkdaşının araşdırmasına görə Pirallahı qəsəbəsinin girişində, dənizin sahilində Rövnəq Abdullayevə hektarlarla torpaq sahəsi hədiyyə edən Vasif İmanov adıçəkilən şirkət prezidentinə dənizi də “bağışlayıb”. Həmin ərazini bəyənən və Azərbaycanın ən böyük sərvəti hesab edilən neftimizin pullarının mənimsəməkdə ad çıxaran Rövnəq Abdullayev milyonlarla dəyərində villa, özünə şəxsi restoran, idman zalları və s. tikdirib. İndi Pirallahıya təşrif buyuranlar neftimizin qənimlərindən biri olan Rövnəq Abdullayevin 10 milyon dəyərindəki villasına baxır və bu məmurun bu qədər pulları hardan gətirdiyini sual edirlər. Onlar anlamır ki, cümlə qurarkən dilimizi bütün mənada təhqir edən və 5 arşının nə qədər olduğunu bilməyən Rövnəq müəllim ölkədə hər yerdə adı gələn Bəylər Eyyubovun “bratva”sıdır.

Pirallahı icra başçısının qohumluq münasibətlərinə gəlincə o “Azərsu”ASC –nin sədri Qorxmaz hüseynovla qudadır. Digər yaxın qohumu “Azərsuvinir” in rəhbəri Tariyeldir.

İcra başçısı qohumlarına gün ağlatdığı kimi özünü və uşaqlarını unutmayıb. Realliq.info – nun araşdırmalarına görə, Pirallıhı rayonunda tez-tez görünən dövlət nömrə nişanı dəyişkən olan son model Porşe, 90 UK 009 nömrə nişanlı Jeep, 99 AA 869 nömrə nişanlı BMW-740, 90 AA 967 nömrə nişanlı son maodel Lexus və daha bir neçə bahalı avtobillər İmanovların şəxsi mülkləri kimi tanınır.
Rayona icra başçısı təyin olunandan sonra dənizkənarı əraziləri satan icra başçısı qəsəbədə yerləşən binaların qarşısında obyektlər və mağazalar tikdirib. Həmin mağazaları arendaya verən Vasif İmanov xalası oğlunun adına və dövlətin vəsaiti hesabına Yanacaq Doldurma Məntəqəsi tikdirib. Həmin obyekti sonradan özününküləşdirən icra başçısı rayonda bütün sahələrdən demək olar ki, aylıq haqq yığır. Vasif İmanovun gündən günə genişlənən şəxsi büdcəsi yarımçıq qalmış Heydər Əliyev mərkəzinə rəhm etmir. İcra başçısı illərdir yarımçıq qoyduğu Mərkəzin fəaliyyət göstərdiyini rəsmiyyətdə qeyd etdirsədə Heydər Əliyevin adını daşıyan obyektin bərbad gündə olmasını görməmək mümkünsüzdür. Görünür Rövnəq Abdullayev Heydər Əliyev Mərkəzindən öncə öz dəniz kənarındakı villasına daha çox diqqət ayırır. Əgər elə olmasaydı on milyon xəclənən və Rövnəq adını daşıyan villanın tikintisindən sonra belə Heydər Əliyev mərkəzinə diqqət ayrılardı.

Vasif İmanovun bəzi məmurlar kimi, belə hallara önəm vermədiyini anlamaq çətin deyil. Bu şəxsin vəzifəyə gətirilməsinə yardım edənlər ona nə tapşırıq verirlərsə o da onu icra etmək zorundadır. Həqiqət odur ki, bu tapşırıqlar içində Heydər Əliyev mərkəzinin tikintisinin başa çatdırılması yoxdur. Digər fakt odur ki, rayonda milyonlar qazanan Vasif İmanov da öz şəxsi büdcəsini Heydər Əliyev mərkəzindən üstün sayır. Əgər elə olmasaydı Prezidentin sərəncamı ilə Pirallahının “Allahsız” şahına çevrilən Vasif İmanov ona göstərilən etmadı doğruldardı.

Vasif İmanovun yaratdığı və “VAST” MMC adlandırdığı şirkətin də qəribə tarixcəsi var. Icra başçısı qohum və day-dayı secimində oduğu kimi ad seçimində də zövqlü adam imiş...
Ardı var.
Realliq.info

Administratorla əlaqə

077 611-55-22

[email protected]