Əsas Səhifə / Gündəm

DÖVLƏT BÜDCƏSİNDƏN MƏNİMSƏMƏ - BAŞÇI SİYƏZƏNDƏKİ BİZNESİNİ NİZAMİDƏ ARTIRIR - FAKTLAR

22-12-2015, 12:01
DÖVLƏT BÜDCƏSİNDƏN MƏNİMSƏMƏ - BAŞÇI SİYƏZƏNDƏKİ BİZNESİNİ NİZAMİDƏ ARTIRIR - FAKTLARArif Qasımovun Bakının Nizami rayonuna icra başçısı gəlişi sakinlər üçün heç nəyi dəyişmədi.

Əldə edilən məlumata görə, Siyəzənə rəhbərlik etmiş A.Qasımov paytaxtın ən böyük rayonlarından birinə başçı təyinatından sonra sükut hökm sürür. Nizami sakinləri icra başçısının hələ ki, nə üzünü görüblər, nə səsini eşidiblər.
Onların sözlərinə görə, A.Qasımov öz kabinetinə daxil olaraq, ordan çıxmamaq barədə sanki, özünə söz verib. Rayonun xirtdəyə qədər olan problemlərini icra başçısının diqqətinə çatdırmaq istəyən yerli camaat indiyə qədər "əldə çıraq” icra başçısının axtarırlar. Hazırda bu rayonda yollardan tutmuş, insanların yaşayış səviyyəsinə kimi vəziyyət pisləşib. Nizami baxımsız rayona çevrilib.
Rayonun yol infrastrukturu düzəlmir ki, düzəlmir. Bu ilin sentyabrında icra başçısı təyin olunan A.Qasımov yeni qaydalarla yadda qala bilib. Onun gəlişindən sonra rayonda küçələrin bərbad olması, ağacların kəsilərək ərazilərin baha qiymətə satılması indi dəb halına çevrilib.
Küçələrin arasındakı ağacların məhv edilərək 10-15 min manat alınaraq çayxanaya çevrilməsi sıradan bir hadisə sayılır. Nizamidə avtoyuma məntəqələrinin durmadan artması da maraq doğuran hallardır. Köhnə icra başçısının əməllərini davam etdirən A.Qasımovun daha bir gəlir yeri avtoyuma məntəqələrindən yığılan pullardır. Qaydaya görə, hər avtoyuma məntəqəsinin sahibi aylıq pul ödəyir.
Siyəzəndəki mənbənin verdiyi məlumata görə, A.Qasımovun bu rayonda kifayət qədər biznes obyekti var. 2011-ci ildə Siyəzənin icra başçısı təyin olunan Arif Qasımov özü üçün rayonda bir neçə nəhəng ferma inşa etdirib.
Bu fermaları saхlamaq üçün təbii ki, əkin və otlaq sahələrinə ehtiyac var. Arif Qasımov bu ehtiyacı ödəmək üçün fermerlərə uzun müddətə icarəyə verilmiş bələdiyyə torpaqlarını zəbt edib. Həmin ərazilər indi icra başçısının fermalarına хidmət edir.
Mənbə bildirir ki, Arif Qasımovun Siyəzəndə bir neçə üzlük daş sexləri də fəaliyyət göstərir. Həmin seхlər rayonda görülən bütün təmir-tikinti işlərini tikinti materialları ilə təmin edir. Yəni icra başçısı bu sahəni tamamilə öz inhisarına alıb.
Onun göstərişi ilə əvvəllər bu cür seхlər işlədənlər müəyyən yollarla rayondan sıхışdırılaraq çıхarılıb. Rayon sakinləri bildirir ki, Arif Qasımov Siyəzənin demək olar ki, bütün gəlirli sahələrini özünün və adamlarının nəzarətinə keçirib. Siyəzəndə təmir-bərpa işlərinin görülməsi üçün keçirilən tenderlərin bir çoxunda icra hakiminə yaxın olan şirkətlər qalib gəlib.
Rayonun Məşrif yolunun təmiri üçün dövlət büdcəsindən 1 milyon 961 min manat pul ayrılıb. Bu yolun təmirinə isə heç 400 min manat sərf olunmayıb.
Arif Qasımov Siyəzəndə YAP-ın binasının tikinti-təmir işlərini özünə yaxın olan "Efxiles-STS” şirkətinə həvalə edib. İcra başçısı kimi təyinat aldığı Nizami rayonunda, icra başçısının nümayəndəsi olduğu Binəqədi rayonunun Biləcəri qəsəbəsində bir neçə ticarət obyekti fəaliyyət göstərir. Həminin icra başçısının Bakının müхtəlif yerlərinə tikinti işləri apardığı bildirilir.
Yeri gəlmişkən, Arif Qasımov ötən il 600 min manatlıq maхinasiyada ittiham olunmuşdu. Belə ki, Prezident İlham Əliyevin səlahiyyətlərinə vaxtından əvvəl xitam verdiyi Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Həsən Əliyev iş adamı Ramazan Səlimovdan 600 min manat alaraq onu icra başçısı təyin etdirəcəyini vəd etmişdi.
Məlumata görə, bu işdə Siyəzən İcra Hakimiyyətinin başçısı Arif Qasımov da iştirak edib. Hər halda 600 min manat pulu alınan iş adamı istintaqa ifadəsində belə deyib. O, istintaqçılara bildirib ki, Həsən Əliyev ondan külli miqdarda pulu aldıqdan sonra onu Arif Qasımovun yanına göndərib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]