Siyasət

11 rayonun rəhbəri barədə maraqlı məlumatlar

1-12-2016, 15:40

11 rayonun rəhbəri barədə maraqlı məlumatlar 

Bakının 11 rayonunun icra başçıları kimlərdir? Onlar hansı peşənin sahibidirlər? Bakını idarə edənlər özləri əslən bakılıdırmı? Xeberman.com Bakı rayonlarının icra başçıları haqda maraqlı məlumatları oxuculara təqdim edir.

Paytaxın ən böyük rayonlarından olan Binəqədinin icra başçısı Xaləddin Isgəndərovdur. 1962-ci ildə Goranboy rayonunun Xanqərvənd kəndində anadan olan icra başçısı 1984-ci ildə Azərbaycan Xalq Təsərrüfatı Institutunun "Əmtəəşünaslıq” fakultəsini bitirib.

O, 2012-ci ildən Bakı şəhəri Binəqədi Rayon Icra Hakimiyyətinin başçısıdır. Bundan öncə isə Vergilər Nazirliyində yüksək vəzifə tutub. Vergilər naziri Fazil Məmmədovla yaxın qohumdur.

***

Əslən bakılı, Xəzər rayon Icra Hakimiyyətinin başçısı Islamov Gülağa Bayram oğlu 19 dekabr 1948-ci ildə dünyaya gəlib. G.Ismayılov Poltava Kooperasiya Institutunu əmtəəşünaslıq ixtisası üzrə bitirib. 1995-ci ildən indiyədək Bakı şəhəri Xəzər Rayon Icra Hakimiyyətinin başçısıdır.

***

Xətai rayonunun icra başçısı Razim Isa oğlu Məmmədovdur. Mətbuatda ara-sıra adı qalmaqalda hallanan icra başçısı 21 iyun 1966-cı ildə Ermənistan SSR Sisyan rayonunun Ağudi kəndində anadan olub. Ilk əmək fəaliyyətinə 1983-cü ildə "Azərittifaq”ın Kitab Ticarəti idarəsində fəhlə və komplektləşdirici kimi başlayıb. 1991-ci ildə Moskva Kooperasiya Institutunun Əmtəəşünaslıq fakültəsini, 2004-cü ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. Azərbaycan Respublikasının prezidenti Ilham Əliyevin 26 sentyabr 2006-cı il tarixli sərəncamı ilə Xətai Rayon Icra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

***

Qaradağın icra başçısı Süleyman Mikayılov da yerli mətbuata tanış məmurlardandır. 1962-ci il aprelin 27-də Naxçıvanda anadan olan icra başçısı bundan öncə Yardımlı və Lənkəran rayonlarında söz sahibi olub.

S.Mikayılov 1984-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi Institutunu, 2004-cü ildə isə Bakı Dövlət Universitetinin Hüquq fakultəsini bitirib.

2010-cu ildən ölkə başçısının sərəncamı ilə Qaradağ Rayon Icra Hakimiyyətinin başçısı təyin edilib.

2003-cü ildən Azərbaycan Respublikası Boks Federasiyasının vitse-prezidentidir.

***

Nərimanov Rayon Icra Hakimiyyətinin başçısı Fərzəliyev Abdin Ələsgər oğlu 1967-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olub. Əmək fəaliyyətinə 1984-85-ci illərdə H.Z.Tağıyev adına Bakı Tikiş Toxuculuq Kombinatında fəhlə kimi başlayıb. 2003-cü ilin aprel ayında Azərbaycan Respublikası prezidentinin sərancami ilə Bakı şəhəri Nizami Rayon Icra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

2005-ci ilin dekabr ayından isə Bakı şəhəri Nərimanov Rayon Icra Hakimiyyətinin başçısı vəzifəsində çalışır.

***

Nəsimi Rayon Icra Hakimiyyətinin başçısı Məhəməliyev Nəsib Məhəmməd oğlu da Bakıdan olmayan icra başçılarındandır. 11 fevral 1961-ci ildə Balakən rayonunda anadan olub. 1982-1987-ci illərdə dəmiryol nəqliyyatında "Daşınma prosesinin idarə olunması” ixtisası üzrəÿ Kuybışev Dəmir Yolu Nəqliyyatı Mühəndisləri Institutunu, 1991-1995-ci illərdə isə Bakı Dövlət Universitetinin Hüquq fakultəsini bitirib.

2006-cı il tarixdən Bakı şəhəri Nəsimi Rayon Icra Hakimiyyətinin başçısıdır.

***

Nizami Rayon Icra Hakimiyyətinin başçısı Tahir Yaqub oğlu Budaqov da cəmiyyətdə kifayət qədər tanınan şəxsdir. O, 1965-ci il yanvarın 1-də Naxçıvan şəhərində anadan olub. 1987-ci ildə Azərbaycan Dövlət Tibb Institutunu fərqlənmə diplomu ilə bitirib. 1997-1999-cu illərdə Əlillərin Bərpa Mərkəzinin baş həkimi işləyib. 1999-2006-cı illərdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini, 2006-2009-cu illərdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasında şöbə müdirinin müavini vəzifələrində çalışıb. 2009-cu il sentyabr ayının 23-dən Bakı şəhəri Nizami Rayon Icra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

1993-cü ildən YAP-ın, 1999-cu ildən YAP Siyasi Şurasının üzvüdür. "SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası Idarə Heyətinin sədridir.

***

Sabunçu Rayon Icra Hakimiyyətinin başçısı Vəliyev Adil Ənvər oğlu 20 aprel 1960-cı ildə Qubadlı rayonunun Əfəndilər kəndində anadan olub. 1987-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakultəsini bitirib. Əmək fəaliyyətinə 1977-ci ildə BEMZ-də çilingər kimi başlayıb. 1978-1980-cı illərdə hərbi xidmətdə olub. 2012-ci ilin aprel ayında Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə Bakı şəhəri Sabunçu Rayon Icra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

***

Səbail Rayon Icra Hakimiyyətinin başçısı Əsgərov Asif Yunis oğlu 1966-cı ildə Azərbaycan Respublikasının Naxçıvan şəhərində anadan olub. 1989-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi institutunu, 2001-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Idarəçilik Akademiyasını bitirib. Azərbaycan Cüdo Federasiyasının I vitse-prezidentidir.ÿ 1996-cı ildən Azərbaycan Respublikası Gənclər, Idman və Turizm Nazirliyində idarə rəisi, Baş idarə rəisi, 2000-2006-cı illərdə Gənclər, Idman və Turizm nazirinin müavini vəzifələrində çalışıb. Azərbaycan Respublikası prezidentinin 15 fevral 2006-cı il tarixli sərəncamı ilə Zaqatala Rayon Icra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

2009-cı idən Səbail Rayon Icra Hakimiyyətinin başçısıdır.

***

Ilqar Abbasov Azərbaycan prezidentinin 21 dekabr 2005-ci il tarixli sərəncamı ilə Suraxanı Rayon Icra Hakimiyətinin başçısı vəzifəsinə təyin edilib. Bundan əvvəl o, Nərimanov RIH-in başçısı vəzifəsində çalışıb.

Ilqar Abbasov Azərbaycan Inşaat Mühəndisləri Institutunu və Bakı Sosial Idarəetmə və Politologiya Institutunu bitirib.

Müxtəlif tikinti idarələrində çalışıb, sahibkarlıq fəaliyyəti ilə məşğul olub, ölkənin ictimai-siyasi həyatında fəal iştirak edir.

***

Yasamal Rayon Icra Hakimiyyətinin başçısı Ibrahim Mehdiyev Ağdaş rayonunda anadan olub. 1969-cu ildə M.Əzizbəyov adına Azərbaycan Dövlət Neft və Kimya Institutunu bitirib. Əmək fəaliyyətinə 1963-cü ildə başlayan I.Mehdiyev "Azərelektroişıq” zavodunda çilingər, mühəndis-texnoloq, sex rəisi, şöbə rəisi, mexanika-energetika şöbəsinin rəisi, "Elektomaş” Elmi Tədqiqat Institutunda baş elmi işçi, "Azərelektroişıq” Istehsalat Birliyində sex rəisi, Birliyin baş mühəndisi, Elmlər Akademiyası Fizika Institutunun "Kristal” zavodunda istehsalat rəisi, Protez-Oktopedik Bərpa Mərkəzinin direktoru vəzifələrində işləyib. 2000-ci ildən 2006-ci ilədək Xətai Rayon Icra Hakimiyyətinin başçısı olub. 2006-cı ildən indiyə kimi Yasamal Rayon Icra Hakimiyyətinin başçısı vəzifəsində işləyir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]