Ölkə

Beyləqanın başçısı 40 yaşında diplom alıbmış

13-05-2016, 00:38

Abdullayevin elmi işi Azərbaycanın sabiq prezidenti Heydər Əliyevin həyatı və fəaliyyətini əhatə edib.

Beyləqanın icra başçısı haqda ilginc xəbər yayılıb.

Vizual.az-ın məlumatına görə, icra başçısı Vaqif Abdullayev 1956-cı ildə anadan olub. O, 40 yaşında – 1996-cı ildə ali məktəbi bitirib. Cəmi 2 il sonra – 1998-də elmlər namizədi olub. İnstitutu bitirəndən cəmisi 8 il sonra (2004-də) elmlər doktoru, vur-tut 11 il sonra (2007-də) professor olub.

Gəlin rəsmi məlumata diqqət edək: 1996-cı ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu fərqlənmə diplomu ilə bitirmiş, 1998-ci ildə siyasi elmlər üzrə namizədlik dissertasiyası, 2004-cü ildə siyasi elmlər üzrə doktorluq dissertasiyasını müdafiə edərək alimlik dərəcəsi almışdır. 2007-ci ildə Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının qərarı ilə professor adı verilmişdir. Yeni Azərbaycan Partiyası siyasi şurasının üzvüdür.

1992-1994-cü illərdə Azərbaycan Respublikası Prezidenti İcra aparatının nəşri olan "Yurd” jurnalında şöbə müdiri, 1994-2000-ci illərdə Azərbaycan Respublikası Prezidentinin İşlər idarəsində məsləhətçi vəzifəsində işləmişdir. II çağırış Milli Məclisin deputatı olub.

JAM.AZ-ın araşdırması zamanı məlum olub ki, Vaqif Abdullayevin professor dərəcəsi alması üçün müdafiə etdiyi elmi iş hər hansı bir ixtira və ya kəşflə əlaqəli olmayıb. Belə ki, Abdullayevin elmi işi Azərbaycanın sabiq prezidenti Heydər Əliyevin həyatı və fəaliyyətini əhatə edib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]